İrəvanda kritik gün – bu gün düşmən ölkə qarışa bilər

Əsas Manşet SİYASƏT
Spread the love

Müxalifətin Nikol Paşinyana verdiyi ultimatumun vaxtı saat 12:00-da bitir; rusiyalı politoloqlar: “Müxalifətin onu qanuni yolla hakimiyyətdən uzaqlaşdırması  çox çətin olacaq…”

44 günlük müharibədə tam məğlub olan və kapitulyasiya sənədi imzalayan Ermənistanda daxili ictimai-siyasi vəziyyət təslimiyyət ovqatına adekvat olaraq qalır. Baş nazir Nikol Paşinyana müxalif qüvvələr hazırkı durumdan maksimum, ilk növbədə də təbii ki, öz siyasi maraqları naminə yararlanmağa çalışır. Onlar bundan ötrü koalisiya da yaradıblar. Koalisiyaya 17 partiya daxildir.

Xəbər verildiyi kimi, İrəvanda ötən şənbə keçirilən son etiraz mitinqində Nikol Paşinyana ultimatum və 3 gün vaxt verilib. Paşinyan çərşənbə axşamı, yəni bu gün – dekabrın 8-i saat 12:00-dək istefaya getdiyini rəsmən elan etməlidir. Əks halda, müxalifət ölkədə vətəndaş itaətsizliyinin başlayacağını bəyan edib. Hətta baş nazirə qarşı fiziki güc tətbiq ediləcəyi haqda xəbərdarlıq olunub. Ermənistanda siyasi qüvvələr arasında mübarizədə terror üsulundan tez-tez istifadə olunduğunu ciddiyə alsaq, o zaman istənilən qanlı ssenarini gözləmək lazım gəlir…

*****

Şənbə aksiyasında həmçinin Azərbaycana qarşı müharibə və revanş çağırışları da kifayət qədər səslənib. Maraqlıdır, ordusu darmadağın edilmiş bir ölkə, başıpozuq kütlə və onu idarə edənlər hansı revanşdan dəm vururlar?

Söz düşmüşkən, müharibəyə nöqtə qoyan üçtərəfli bəyanatsan az sonra Azərbaycan Qarabağda 44 günlük müharibənin gedişində məhv edilən düşmən texnikasının uzun siyahısını açıqlayıb. Xəbər verildiyi kimi, bu texnikanın ümumi dəyəri bəzi hesablamalara görə, 4.8 milyard dollardır, ən aşağı qiymətlərlə hesablayanda isə Ermənistan ordusunun məhv edilən texnikasının dəyəri 3  milyard dollardan aşağı deyil.

Ermənistanın Mingəçevirə atdığı raketlər Azərbaycanın HHM qüvvələri  tərəfindən zərərsizləşdirilib - Azeri Defence

“Nezavisimaya qazeta” bu xüsusda yazıb ki, Azərbaycanın açıqladığı həmin siyahı Rusiya silahlarının ixracı imkanlarını kardinal şəkildə dəyişəcək. “Azərbaycanın məlumatına görə, təkcə tanklar üzrə ermənilərin ümumi itkiləri 350 ədəddən çoxdur. Təxminən bu qədər tank sovet qoşunları Proxorovka ətrafında gedən döyüşlərdə itirmişdi və ya Suriya qoşunlarının 1973-cü ildə Qolan təpələri uğrunda İsraillə müharibə zamanı tank itkiləri bundan  az idi. Lakin Qarabağda üz-üzə tank döyüşləri olmayıb. Və Rusiya zirehli texnikasının demək olar ki, hamısı uzaq məsafədən vurulub. İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, nəyə görə cəmi ay yarım ərzində dəyəri 3 milyard dollardan çox olan texnika məhv edilib. Hansı ki, müasir müharibədə bu texnika faktiki olaraq müdafiəsiz qalıb”, – qəzet qeyd edib.

Müdafiə Nazirliyi: Aprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv  etməkdə davam edir

Xatırladılır ki, prezident İlham Əliyev xalqa müraciətində, müharibənin başa çatmasından sonra Qarabağda məhv edilən Rusiya texnikasının uzun siyahısını açıqlayıb. Bunların arasında yüzlərlə tankdan başqa S-300 zenit-raket kompleksləri, “Tor” zenit-raket kompleksləri, “Repellent” radioelektron mübarizə vasitələri, “Nebo-M” radioelektron mübarizə qurğusu, çoxsaylı “Osa” zenit-raket kompleksləri və digər texnika var.

“Bu silahların arasında hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini xüsusi qeyd etmək lazımdır. Hansı ki, onlar öz funksiyalarını yerinə yetirməyibər və özləri hədəfə çevriliblər” – məqalədə vurğulanır.

*****

O ki qaldı İrəvanda səslənən müharibə çağırışlarına, əlbəttə ki, burada söhbət yalnız xəstə toplumun residiv verən xroniki mərəzindən gedə bilər. Halbuki bu dəqiqə fəlakətin dibində olan erməni xalqının belə sərsəm çağırışlara yox, əksinə, ağıllı məsləhətlərə ehtiyacı var ki, bəlkə üzləşdiyi böhran, düşdüyü iflas durumundan çıxa bilsin.

Bu arada Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda mübarizənin güclənməsindən dərin narahatlıq ifadə edib. Məlumatı Ermənistan Milli Konqres partiyasının mətbuat katibi Arman Musinyan yayıb. Ter-Petrosyanın fikrincə, münaqişə tərəflərinin iradəsindən asılı olmayaraq, bu mübarizə hər hansı bir təxribat səbəbindən vətəndaş müharibəsinə çevrilə bilər.

Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib?” - “Nezavisimaya  qazeta”

“Bu, yalnız Qarabağ üçün deyil, Ermənistan dövlətçiliyi üçün də son olacaq. Eyni zamanda, birinci prezident bu təhlükənin tam fərqində olan Nikol Paşinyan və Vazgen Manukyanın hadisələrin gedişindən yayınmaq üçün hər cür səy göstərəcəklərinə ümid edir” – açıqlamada deyilir.

Ermənistanın birinci prezidenti hazırkı baş nazir Nikol Paşinyan və komandasının hakimiyyətdən getməsinin tərəfdarı olduğunu, lakin buna zorakı yollarla deyil, konstitusion mexanizmlərlə nail olmağın vacibliyini vurğulayıb.  O, vətəndaşları müxalifətində, iqtidarın da aksiyalarına qatılmamağa səsləyib.

*****

Bəs düşmən ölkədə vətəndaş müharibəsi qızışa bilərmi? Yaxud Nikol Paşinyan müxalifətin ultimatumunu qəbul edəcəkmi?

“Ermənistandakı mövcud daxili siyasi fırtına kontekstində Nikol Paşinyan baş nazir kimi praktik olaraq əbədidir”.

Musavat.com-un məlumatına görə, bunu rusiyalı tanınmış tarixçi və politoloq Oleq Kuznetsovi Vesti.az-a açıqlamasında erməni müxalifətinin Ermənistan baş nazirinin istefası tələbi ilə keçirdiyi kütləvi etiraz aksiyaları şərh edərkən bildirib.

“Mən əminəm ki, erməni müxalifəti Paşinyanı baş nazir kürsüsündən vurub yıxa bilməyəcək – nə bu gün, nə sabah, nə də o biri gün. Hazırda o, Ermənistanda yeganə şəxsdir ki, ölkənin resurslarına çıxışa və bu resursların idarə edilməsi üçün sərəncam vermək imkanına malikdir. Üstəgəl, ABŞ onun üçün məhdudiyyətsiz bir kredit xətti açıb. Paşinyanın özü isə Birləşmiş Ştatların Yerevandakı səfirliyinin 1600 ”texniki işçisinin” – ABŞ dəniz piyadalarının ciddi mühafizəsi altındadır” , – deyə o qeyd edib.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

Kuznetsov bu xüsusda Dağlıq Qarabağda atəşkəsə dair 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Paşinyanın üç gün məhz Amerika səfirliyində etirazçı izdihamdan gizlənməsinin əsla təsadüf olmadığını söyləyib.

Erməni müxalifətindən danışan politoloq N.Paşinyanın devrilməsi halında opponentlərin hakimiyyəti saxlamaq üçün güc, imkan və qaynaqlara malik olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, öz biznesini inkişaf etdirmək üçün yanlış strategiya seçən erməni diasporu hazırda gözümüzün qabağında yoxsullaşmaqdadır: “Odur ki, müxalifətin şimaldan sponsorlar gözləməsinə ehtiyac qalmır, Qərb sponsorları isə Paşinyana oriyentasiya götürüb. İndilikdə Nikol Paşinyan əleyhinə bütün etirazlar əhalinin psixi enerjisinə söykənir, ancaq bu enerji tükənən kimi başqa bir qaynaq bazası qalmayacaq. Soyuq havaların başlaması ilə Paşinyana nifrət belə küçələrdə etirazçıları isidə bilməyəcək. Yeri gəlmişkən, Moskvada bunu gözəl başa düşürlər. Bunu həmçinin Putinin Paşinyanla artıq ortaq bir dil tapa bildiyinə dair ifadəsi də təsdiqləyir”.

Müharibə necə dayandı? – Paşinyan gizli danışıqları açdı – mustaqil.az

Kuznetsovun fikrincə, şəxsən N. Paşinyan bu gün həm Vaşinqtonu, həm də Moskvanı tam qane edir. “Ona görə də Moskva və Vaşinqtondan Ermənistandakı daxili siyasi proseslərə radikal müdaxilə gözləməyə dəyməz. Ölkədəki mövcud daxili siyasi fırtına kontekstində Paşinyan baş nazir kimi praktik olaraq əbədidir. Nikol Paşinyan hələ də müxalifətin ən ”dəliqanlılarını” təcrid etmək üçün kifayət qədər gücə və qaynağa sahibdir. Yerdə qalan narazılar isə doyunca qışqır-bağır salandan sonra özləri sakitləşəcəklər” – politoloq sonda əlavə edib.

*****

Q&A with Sergey Markedonov on Russia and Karabakh – USC Institute of  Armenian Studies

Öz növbəsində digər rusiyalı politoloq Sergey Markedonov hsab edir ki, N.Paşinyan həqiqətən də erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsinin gözündə öz legitimliyini itirib, lakin eyni zamanda, hakimiyyətə qanuni yollarla gələn mövcud baş nazirin qanuniliyi ilə qanunlar arasında da açıq bir boşluq var.

“Hakimiyyət qollarının – parlamentin, hökumətin, məhkəmələrin faktiki, Paşinyan tərəfdarlarının əlində olduğunu nəzərə alsaq, qanuni bir prosedura riayət etməklə onu iqtidardan uzaqlaşdırmaq çox çətin olacaq. Beləliklə, erməni müxalifəti çətin bir tapşırığı həll etməli olacaq: vətəndaş qarşıdurmasından qaçmaqla, konstitusiya yolu ilə hakimiyyət dəyişikliyinə necə nail olmalı?”, – deyə ekspert “Kommersant”a bildirib.

Ancaq bu, artıq Azərbaycanın problemi deyil. Erməni xalqı kiminlə yola davam edəcəyinə qərarı özü, mövcud reallıqları düzgün qiymətləndirərək verməlidir. Əgər o, hakimiyyətdəki “müharibə partiyası”nın başqa bir “müharibə partiyası” ilə əvəzlənməsinə seyrçi qalacaqsa, o halda bunun ağır nəticələrinə, yəni yeni fəlakətlərə də hazır olmalıdır…

Siyasət şöbəsi