“İllərdir bu problemi yaşayıram, sizin vasitənizlə onlara müraciət edirəm ki…” – FOTO

Hit MÜSAHİBƏ
Spread the love
“Bu gün hamı zəng edib mənim doğum günümü təbrik edir. Səhərdən mənim telefonlarım susmur, saytlar yazır-pozur. Bəzi insanlar da saytda görüb zəng edib təəssüflənirlər ki, sizi təbrik etmək üçün gecikmişəm. Onlara deyirəm ki, heç təəssüflənməyin, bu gün mənim ad günüm deyil”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, tanınmış aktrisa Məlahət Abbasova deyib. O, daha sonra əlavə edib.
“Mən illərdir eyni problemi yaşayıram. Sadəcə olaraq Vikipediyada mənim doğum günüm səhv qeyd olunub. Mən 8 iyul, 1966-cı ildə anadan olmuşam. Vikipediyada bu mətni hazırlayan şəxs orada 1969-cı ildə doğulduğumu yazıb. 1966 – cı il üçün bir söz demirəm, amma ay olaraq səhvdir. Dünən gecə saat 12-dən etibarən təbriklər alıram, hamı paylaşım edir. Əlbəttə ki, bu məni çox xoşbəxt edir, bunun üçün hamıya təşəkkür edirəm. İldə iki dəfə ad günü təbriki almaq mənim üçün də gözəl bir hadisədir, amma əsl doğum tarixim bu ay deyil. Bu təbriklərin hamısını da 8 iyulda gözləyirəm (gülür). Diqqət önəmli bir şeydir, sağ olsunlar məni daha erkən diqqətdə saxlayıblar. Sizin vasitənizlə vikipediya ilə məşğul olan şəxslərdən xahiş edirəm ki, doğum tariximə və ilimə düzəliş etsinlər” deyə aktrisa bildirib.