“İLİN SONUNA QƏDƏR RUSİYA PARÇALANACAQ” – “Biz, yeni respublikaları görəcəyik”

Hit MÜSAHİBƏ
Spread the love

Hər şey döyüş meydanında həll olunacaq. Cari ilin sonuna qədər Ukrayna silahlı qüvvələri Rusiya ordusunu döyüş meydanında dağıdacaq, bundan sonra Rusiya Federasiyası (RF) ayrı-ayrı respublikalara parçalanacaq.

Belə proqnozla hərbi ekspert, USQ istefada olan polkovniki, hərbi pilot-instruktor Roman Svitan çıxış edib («UNİAN»).

«Mən fikirləşirəm ki, hər şey döyüş meydanında bu ilin sonuna qədər həll olunacaq… Hazırda Ukrayna ordusu bütün təşəbbüsü: həm strateji, həm operativ-taktiki, praktiki olaraq bütün cəbhə xətti boyunca öz əlinə alıb» – o, bəyan edib.

«Ona görə, mən hesab edirəm ki, 2-2,5 aydan sonra məsələ Rusiya ordusu ilə Ukraynanın işğal olunmuş ərazilərində həll olunacaq. Onlar ya məhv ediləcəklər, ya da Rusiya ərazisinə sıxışdırılıb çıxarılacaqlar, məhz bu hərəkat – Rusiya ordusunun yerlə-yeksan edilməsi – hər şeydən əvvəl Rusiya rəhbərliyində və Rusiya siyasi dairələrində müəyyən fəaliyyətə gətirəcək. Və güman ki, biz, yeni Rusiya görəcəyik» – Svitan əlavə edib.

Ekspert ehtiml edir ki, RF respublikalara bölünəcək: «Biz, yeni respublikaları görəcəyik, hansı ki, onlar Rusiya ərazisində, o cümlədən hərbi baxımdan təşkil olunacaqlar. Əgər FTX və RF DİN onların hamısını güllələmsə».

Hazırda Rusiyada nə baş verir?

Müharibəni öyrənən instituda belə nəticəyə gəliblər ki, Kremldə parçalanma sürət götürür, Putin rejiminin sabitliyi pozulur. Qanlı diktator öz məmurlarından getdikcə daha çox tənqid alır. Rusiyalı müxalif siyasətçi Mixail Xodorkovski bəyan edib ki, RF hərbi-siyasi rəhbərliyində qeyri-adi dəyişikliklər yetişir.

Rusiyalı müxalifətçi Gennadi Qudkov da danışıb ki, Rusiyada generalların xətti üzrə elitanın parçalanması başlayır, rusiyalılar isə kütləvi halda Ukraynadakı müharibəyə yönəlik öz mövqeyini dəyişir.

Dunyaninsesi.Az