Prezident İlham Əliyev Əhməd Əhmədzadəni 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
DunyaninSesi xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədridir. 1945-ci il yanvarın 7-də Qax rayonunun Qaxqumlağ kəndində anadan olan Ə. Əhmədzadənin sabah 75 illik yubileyidir.