İki ölkə arasında SAVAŞ ÇIXARACAQ HƏMLƏ: gəmilər üz-üzə

DÜNYA Hit
Spread the love

Çin Sahil Təhlükəsizliyinə məxsus gəmilər Şərqi Çin dənizindəki mübahisəli Senkaku Adalarının ətrafındakı Yaponiyaya məxsus sulara daxil olub.

Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə Yaponiyanın 11-ci Bölgə Sahil Təhlükəsizliyi Qərargahı bildirib.

Gəmiler Minamikocima adasının 22 km cənubunda yerli vaxtla 04.52-də yaponlara aid balıqçı qayıqlarına yaxınlaşıb. Bölgəyə dərhal Yaponiyanın döyüş gəmiləri göndərilib.

Qeyd edək ki, Senkaku 5 ada və 3 qayalıqdan ibarətdir.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden ilə 12 noyabrda telefon danışığı gerçəkləşdirən Yaponiyanın Baş naziri Suaq Yoşihide mübahisəli Senkaku Adalarına dair dəstək sözü almışdı.

Zümrüd