“İdlibdə baş verən qətliamın və miqrant böhranının qarşısını almağın tək yolu Ərdoğanı dəstəkləməkdir” – Almaniyanın “Der Spiegel” jurnalı

DÜNYA Manşet
Spread the love

“Miqrantların çəkdiyi əzabları azaltmağın tək yolu Avropa İttifaqının Ərdoğanı dəstəkləməsidir”.

DunyaninSesi.Az xəbər verir ki, bu sözləri Almaniyanın ən böyük tirajlı jurnalı “Der Spiegel”in yazarı Maksimilian Popp “Avropalılar niyə İdlibdə Türkiyəyə yardım etmək məcburiyyətindədir” adlı köşə yazısında yazıb.
Popp İdlibdə XXI əsrin ən böyük humanitar fəlakətlərindən birinin baş verdiyini və buna görə məsuliyyət daşıyan şəxslərin isə diktator Bəşər Əsəd və əsas dəstəkçisi Rusiya prezidenti Vladimir Putini olduğunu bildirib. O, Rusiya təyyarələrinin xəstəxana, məktəb və evləri vurduğunu, Əsədin öz xalqına qarşı zəhərli qazdan istifadə etdiyini deyib.
Suriya-Türkiyə sərhədində bir milyon suriyalının aclıq və soyuqla mübarizə apardığını, beynəlxalq ictimaiyyətin İdlibdə yaşayanları öz taleyinə buraxdığını bildirib.
Jurnalist Türkiyənin sadəcə miqrantların ölkəyə təkrar girməsinin qarşısını almaq istədiyini və bu üzdən ordusunu Əsədə qarşı istifadə etdiyini qeyd edib.
“Ərdoğana Avropa qapılarını miqrantların üzünə açdığı üçün qəzəblənən hər kəs bir şeyi yaddan çıxarmamalıdır. Türkiyə haradasa 4 milyon miqranta sığınacaq verib, digər ölkələrin cəmindən daha çoxdur. Aİ ölkələri 13 min adam üzündən sərhədlərində panikaya qapılıb. Avropalılara rəğmən uzun müddətdir müharibə cinayətlərinə yol verən Putin və Əsədin hakimiyyətdə qalmaları utancvericidir. Aİ xarici işlər nazirlərinin Türkiyə-Yunanıstan sərhədindəki miqrantlar üzündən yığışmaları utancverici hərəkətdir.
Ancaq İdlibdə baş verənləri  dayandırmaq üçün çox gec deyil. NATO tərəfindən dəstəklənən Aİ İdlibdə təhlükəsizlik zonası üçün çalışmalıdır. Zona tək Türkiyə tərəfindən deyil, beynəlxalq koalisiya tərəfindən qorunmalıdır. Eyni zamanda Aİ və BMT böyük miqdarda yardım vermək məcburiyyətində qalacaqlar.”
Dunyaninsesi.Az