İcra başçısından Prezident iqamətgahının yaxınlığının zəbt edilməsinə utanacverici AÇIQLAMA

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

“Torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması barədə” qanunun müvafiq tələblərinin pozulmasına Mingəçevir Bələdiyyəsi və aidiyyatı qurumlar niyə göz yumurlar?

Dünyanınsəsi.Az saytı Mingəçevir şəhərində keçmiş polis əməkdaşı Eldar Salmanlı tərəfindən Prezidentin iqamətgahı yerləşən ərazinin bir addımlığını qanunsuz olaraq hasara alması barədə yazı dərc edib.

Məhz bu hadisəyə görə Mingəçevir Şəhər İcra Hakimiyyəti redaksiyamıza çoxlu suallar doğuran açıqlama ilə cavab verib.

Həmin açıqlamanı  olduģu kimi təqdim edirik:

“Məsələ tərəfimizdən araşdırılmış və Mingəçevir Bələdiyyəsi tərəfindən cavab hazırlanmışdır. Mingəçevir şəhər sakini Məmmədov Ceyhun Rəşid oğlunun saytda yerləşdirdiyi videoda göstərilənlər heç də həqiqətə uyğun deyil. Məsələyə aydınlıq gətirmək üçün bəzi məqamları diqqətinizə çatdırırıq. Əvvəla, qeyd edirik ki, Məmmədov Ceyhunun ərazidə çəkib nümayiş etdirdiyi videodakı səliqəsizlik, dağıntı və zibilliyə orada rast gəlinmir.
C.Məmmədov videodakı şərhində buranın sənaye zonası olduğunu göstərir və yanlış olaraq deyir ki, bələdiyyə hara baxır? Sənaye zonasının bələdiyyəyə nə dəxli var?
Doğrudur, ərazinin bir hissəsi bələdiyyə mülkiyyətidir. Mingəçevir Bələdiyyəsi zibilliyə qərq olunmuş həmin torpaq sahəsini 2006-cı ildə bağ salmaq məqsədi ilə Salmanov Eldar Sarvan oğlunun istifadəsinə verib. Şərtə görə, orada heç bir əsaslı tikinti aparılmadan abadlaşdırılmalı və bağ salınmalıdır. E.Salmanov oranı səliqə-sahmana salaraq, bağ salıb.
Onu bildiririk ki, Ceyhunun iddia etdiyi kimi, ərazidə bağ salınması heç bir strateji obyektə təhlükə törətmir. Nəzərinizə çatdırırıq ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi əraziyə baxış keçirərək akt bağlayıb və İqtisadiyyat Nazirliyinə göndərib. Yaxın günlərdə ərazi ilə bağlı müəyyən rəy veriləcəkdir”.

Redaksiya olaraq bildirək ki, Mingəçevir icra hakimiyyətinin açqılama adlandırdığı bu fikirlər sadəcə təəssüf doğurur. Ona görə ki, olduqca savadsız və əsassız bir açqılamadır və əslində mahiyyət etibarı ilə özünüifşadır. Çünki çəkilən videodakı biabırçılığı görməmək üçün gərək gözləriniz tam bağlı ola. Bu “fantastik” və “dünya çaplı açıqlama”nı oxuyandan sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinə və Mingəçevir Şəhər Bələdiyyəsinin “unikal” sədri Ramiz Əliyevə bir neçə sual ünvanlamaq qərarına gəldik.

1. Prezident iqamətgahının bir neçə metrliyində yerləşən və zəbt olunan ərazidən sözügedən bina üçün hər hansı təhlükə olmayacağına zəmanət verirsinizmi?

2. Sözügedən ərazidə heç bir abadlıq,yenidənqurma işləri aparılmadığı halda utanmadan deyirsiniz ki, Salmanlı Eldar oranı səhmana salıb. Siz bununla özünüzü, mingəçevirliləri, yoxsa dövlət orqanlarını dolmaısınız?

3. Zəbt olunan və döyüş meydanını, döyüş kampını xatırladan əraziyə sovetdən qalma vaqonu, müxtəlif təyinatlı əşyaları, qayığı kimin gətirdiyindən xəbəriniz varmı?

4.Bəlkə eynəyinizi çıxarıb zəbt olunan ərazinin tən ortasından dəmir yolunun keçməsini, yüksək təzyiqli qaz xəttinin olmasını və kəsilmiş ağacları da görəsiniz?

5. Mingəçevir Bələdiyyəsi və icra hakimiyyəti olaraq həmin ərazinin Salmanlı Eldara məxsus olmasını təsdiq edən rəsmi sənədləri niyə mediaya və ictimaiyyətə təqdim etmirsiniz?

6. Niyə Mingəçevir Şəhər Bələdiyyəsinin Ədliyyə Nazirliyinin Bərdə Regional İdarəsinin sorğusuna verdiyi cavablar ərazinin mövcud vəziyyəti ilə ziddiyyət təşkil edir?

7. Mingəçevir Şəhər Bələdiyyəsi 02 noyabr 2021-ci il tarixli 2341 №-li məktubu ilə təsdiq edir ki,Salmanlı Eldar Sarvan oğlu ilə bələdiyyə arasında bağlanmış müqavilə 2016-cı ildə bitib. Belə olan halda bələdiyyə olaraq sizi Salmanlı Eldarın vəkili qismində çıxış etməyə kim və nə vadar edir?
8. Necə olur ki, xeyli sayda arxasız və imkanı zəif olan adamları xırda bir pozunutuya görə gözümçıxıdya salırsınız, onları hüquq-mühafizə orqanlarına verə bilirsiniz, amma əmək qəhrəmanının oğlu olan sabiq polis zabitinin qanunsuz əməllərinə göz yumursunuz?

-Problemin əks olunduğu video:

Dünyanınsəsi.Az