İcra başçısı Zakir Fərəcovun biznesinin siyahısı üzə çıxarıldı:Bitmək bilməyən şirkətlər, restoranlar, şadlıq sarayı, ticarət mərkəzi, bahalı villalar, mənzillər…

İQTİSADİYYAT Kateqoriyasız
Spread the love
 Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı ZAkir Fərəcovun biznes və mülklərinin, çoxlu sayda şirkətlərinin və çoxlu sayda obyektlərinin siyahısı üzə çıxarılıb.DunyaninSesi xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist-blogger Həbib Müntəzir məlumat paylaşıb. Məlumata görə, siyahıda çoxlu sayda bahalı villalar, xeyli restoranlar, yaşayış massivi, mənzillər, şirkətlər, estetika və ticarət mərkəzləri, müxtəlif daşınmaz əmlak və çoxsaylı obyektlərin adları qeyd edilir. Araşdırmadakı siyahısı bitmək bilməyən həmin məlumatı olduğu sizə təqdim edirik:
“15 illik icrabaşı Zakir Fərəcovun Sumqayıt Krallığı.
Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb. Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı. Bəs, bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb?
Buyurun, Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olun, oxuyun və PAYLAŞIN:
RESTORAN və OBYEKTLƏR:
Sumqayıtda “Şahənə” şadıq sarayı
Novxanıda dəniz kənarında “Kalyon” restoranı
Yeni Bulvar ərazisində “Dəniz”restoranı
Sumqayıtın girişində OS- OİL
Sumqayıtda “İST” petrol (50% onundur)
Sumqayıtda “Səda Store”
13-cü mikr-da “Qold Qayalı” super ticarət şəbəkəsi (50% şərik)
Sumqayıt bulvarına bitişik yaşayış massivi
Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı
Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı
Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı
Qızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi
“Kimyaçılar” sarayı qarşısındakı “Zəfəran” restoranı
MƏNZİL və VİLLALAR:
Qurd dərəsi və Novxanı bağlarında 6 villası
Corat kəndində 1 villası
İzmirin Kuşadasında villası
Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil
Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil
Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa
Novxanıda hektarlarla bağ sahəsi
Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.
ŞİRKƏTLƏR:
“Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)
“LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)
“RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)
“Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)
Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.
QOHUMLUQLAR:
Qardaşı millət vəkili Nazim Fərəcov
Oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov
Bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov. (Belində silahla fırlanır)
Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov
Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov
Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə
Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı
Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.
Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyev. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev
Qardaşının qudası Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov
Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. “NORF” adlı içkilər buraxır.
Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.
Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır.
Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür.”
DunyaninSesi.AZ