
Hüseyn Dəryanın həyatından film çəkiləcək
Avtomobil qəzasında həyatını itirən reper Hüseyn Dəryanın həyatı film olur.
DunyaninSesi Musavat.com-a istinadən xəbər verir ki, mərhum reperin yaxın dostu, rejissor Kənan M.M Dəryanın yaşadıqlarına ekran həyatı verəcək. O sosial şəbəkədə Hüseyn Dəryaya oxşayan aktyor axtarışına da çıxıb.
Yeni layihəsi ilə bağlı musavat.com-a danışan Kənan bildirib ki, çəkilişlər may ayında başlayacaq: “Hazırda hekayəni yazmağa başlamışam, bir tərəfdən də aktyor axtarışına çıxmışam. Həmin aktyor həm Dəryaya oxşamalı, həm də istedadlı olmalıdır. Çəkilişlərə “Savaşçı” serialının çəkilişləri bitdikdən sonra may ayında başlayacağam. Maya qədər isə hazırlıqları tamamlayacağam”.


DunyaninSesi.AZ