Hulusi Akar: Türk generalı və zabitləri Qarabağda xidmətə başlayırlar

Əsas Manşet QARABAĞ
Spread the love

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb.

Dünyanınsəsi.Az-ın yerli KİV-ə istinadən məlumatına görə, telefon söhbətindən  sonra açıqlama verən Akar bildirib ki, Zakir Həsənovla müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı görülən və görüləcək işlərdən danışıblar.

“11 noyabr 2020-ci il tarixində rusiyalı həmkarım Şoyqu ilə Qarabağdakı atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə dair anlaşma memorandumunu imzaladıq. Ortaq mərkəzin yaradılması istiqamətində işlər başa çatıb. Türk və rus əsgərlərinin çalışacağı ortaq mərkəz sabah fəaliyyətə başlayacaq. Zakir Həsənovla son vəziyyəti qiymətləndirdik və qarşılıqlı olaraq xoş arzularımızı çatdırdıq.

Qardaşlarımızın hüquqlarını və qanunlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik. Bir millət və iki dövlət anlayışı ilə bu günə qədər azərbaycanlı qardaşlarımızla birlikdə olmuşuq və bundan sonra da davam edəcəyik”, – deyə H.Akar qeyd edib.

Bir az əvvəl telefon danışığı ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti də açıqlama yayıb. Bildirilir ki, yanvarın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Nazirlər Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.

Dünyanınsəsi.Az