”Heç kimdən çəkinmədən Pakistanla hərbi saziş imzalanmalıdır” – Parlamenetdə TƏKLİF

Əsas Manşet SİYASƏT
Spread the love

Hazırda oxunan: ”Heç kimdən çəkinmədən Pakistanla hərbi saziş imzalanmalıdır” – Parlamenetdə TƏKLİF

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanmış Saziş təsdiq edilib.

Dünynaınsəsi.Az-ın  məlumatına görə, saziş 3 il müddətinə bağlanır.

Sənəddə qeyd edilib ki, tərəflərin müqavilənin ləğv etmək niyyəti barədə ən azı 3 ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha üç il uzadılır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Pakistan bizim üçün dost ölkədir:

“Bu günə qədər də Pakistan Ermənistanla əlaqələr qurmayıb. 44 günlük Vətən müharibəsində və Tovuz hadisələrində də Azərbaycanın mövqeyini dəstəkləyib”.

Deputat Siyavuş Novruzov isə təklif edib ki, heç kimdən çəkinmədən Pakistanla hərbi saziş imzalanmalıdır.

Müzakirələrdən sonra Saziş səsverməyə qoyularaq qəbul edilib.