
“HAVADAN ƏSL MÜHARİBƏ QOXUSU GƏLİR” – “Əsas qalib gəlmək iradəsidir…”
Ramiz Yunus: “İrəvanı sülhə məcbur etmə porosesi həlledici mərhələyə qədəm qoyub”
“Ermənistanla Azərbaycan arasında şərti sərhəddə eskalasiya daha da güclənir və bu, İrəvanı sülh müqaviləsinə məcbur etmək prosesinin həlledici mərhələyə qədəm qoyduğunu göstərir”.
“Dünyanınsəsi.Az” xəbər verir ki, bunu ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı artıq gözləmək niyyətində deyil: “Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağ ərazisindən dərhal çıxarılmasını və Ağdam-Xankəndi yolunun açılmasını tələb edir ki, bu da vəziyyətin bir qədər gərginləşməsinə və tərəfləri danışıqlar masasına qaytarmağa kömək edəcək”.
Təhlilçi vurğulayır ki, yenə havadan əsl müharibə qoxusu gəlir: “Çaşqınlıq və təlaşın hökm sürdüyü Ermənistan cəmiyyətindən fərqli olaraq, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi monolitdir və hökumətdən başladığı işi başa çatdırmağı tələb edir. 27 sentyabr 2020-ci ildə başlayan Qarabağdakı erməni separatizmin məhv edilməsi prosesi birdəfəlik başa çatmalı və Azərbaycan Konstitusiyası bütün ölkə ərazisində tam bərpa edilməlidir. Şərqdə deyirlər: “Vacib olan qazanmaq həvəsi deyil – hamıda var. Əsas qalib gəlmək iradəsi və hazırlığın olmasıdır”. Bunu Azərbaycan inamla nümayiş etdirir və bütün cəmiyyətin Qarabağ məsələsində həmrəy olduğu aydındır”.
“Dünyanınsəsi.Az”