“Hakimiyyət hərisi adamların köməyi ilə Rusiyanı MDB məkanından sıxışdırmaq istəyirlər…”

Manşet SİYASƏT
Spread the love

Rusiyanın postsovet məkanında təsirlərinin güclənməsi onun rəqiblərində narahatlıq yaradır. Virtualaz.org xəbər verir ki, belə bəyanatla prezident Vladimir Putin çıxış edib. O, deyib ki, Rusiyanın opponentləri “dünyada gərginliyin azaldılmasına dair danışıqlar” çərçivəsində Rusiyanı “ambisioz və hakimiyyətə həris adamların” köməyi ilə MDB məkanından sıxışdırıb çıxarmağa çalışacaqlar.

Bir sıra Rusiya KİV-lərinin redaktorları ilə görüşündə (görüşdən kadrları “Rossia 24” telekanalı nümayiş etdirib) Putin deyib ki, onun ölkəsinin opponentləri və ya potensial rəqibləri çoxdandır “ambisioz və hakimiyyət hərisi adamları” öz maraqları üçün istifadə edirlər.

“Bizim təsirlərimiz postsovet məkanında, hər necə də olsa, artır. Bütün mürəkkəbləşmələrə baxmayaraq. Axı Sovet İttifaqı dağılanda müstəqil dövlətlərin formalaşmasını bundan irəli gələn bütün nəticələri ilə birlikdə nəzərə almaq lazım idi. Lakin bununla belə son illərdə bizim burada təsirlərimiz, nüfuzumuz artır. Bu da narahatlıq yaradır və bizi buradan itələyib çıxarmağa çalışırlar”,-Putin bəyan edib.

Onun sözlərinə görə, “hakimiyyət hərisi adamları” şübhəsiz ki, bu məqsədlərlə istifadə edəcəklər.

Xatırladaq ki, bundan əvvəl analoji bəyanatla Rusiya xarici işlər nazirinin müavini Aleksandr

Ryabkov TASS-a müsahibəsində çıxış etmişdi. Demişdi ki, Qərb MDB ölkələrində anti-Rusiya mövqeli adamları hakimiyyətə gətirməyə çalışır

Dunyaninsesi.Az .