Hadisə yerində olmayan vətəndaşa 9 il iş verilib – İddia (Foto+Video)

Əsas Manşet HADİSƏ
Spread the love
Gəncədə haqsız yerə həbs olunduqları iddia edilən 8 nəfərin valideyinləri etiraz edir.
Gəncə Ağır Cinayətləri Məhkəməsinin  apardığı məhkəmə istintaqından nərazı olan Gəncə sakinləri övladlarının sifarişli əsaslarla həbs olunduğunu iddia edir.Məhkəmə istintaqı zamanı bir dəfə də olsun ki,törədilmiş olan cinayət hadisəsi üzrə heç kim dindirilməyib.Əksinə zərərçəkmiş olan Qurbanov Ruslan Rufan oğlu məhkəməyə yazılı formada natoriat qaydasında təsdiq edilmiş ərizəsində göstərib ki, mənim təqsirləndirilən şəxslərdən heç bir şikayətim və tələbim yoxdur.Hətta zərərçəkmiş olan şəxs poçt vasitəsi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinə İbtidai istintaq zamanı teleqram göndərərək tələb etmişdir ki, mənim istintaq zamanı vermiş olduğum ifadələri  yenidən vermək istəyirəm.Amma məhkəmə zərərçəkmişin tələbini əfsuslar olsun ki, yerinə yetirməmişdir. Gəncə məhkumlarının valideyinləri Kəpəz rayon polis İdarəsində sözügedən şəxsləri 45 gün Müvəqqəti Saxlama Təcridxanasında olmazın işgəncələri verilərək qurama ittiham üzrə cinayət hadisəsini onların zorla boynuna qoyulduğunuda deyirlər.Sözügedən cinayət hadisəsində iştirakı olmayan  taksi sürücüsünə  haqsız yerə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyidə deyilir.Gəncə məhbuslarının valideyinləri mətubat vasitəsi ilə ölkə rəhbərliyi və aidiyyatı orqanlardan övladları barəsində çıxarılmış olan ədalətsiz məhkəmə hökümündən narazılıq edərək onlara yardım göstərilməsini xahiş edirlər