Hərbi hospitalda resept yazılır və deyilir ki, dərmanı özünüz alın- AQİL ABBAS MÜDAFİƏ NAZİRİNİ GÜNAHLANDIRDI

Əsas Manşet ÖLKƏ
Spread the love

Milli Məclisin iclasında deputat Aqil Abbas qazilərin problemlərindən danışıb.

Dünyanınsəsi.info-nun məlumatına əsasən, A.Abbas deyib ki, hərbi hospitalın (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) işi ürəkaçan deyil.

“Bir resept yazırlar və deyirlər ki, get, dərmanı özün al. Hansı pulla alsın?! Bu insanlara əlillik dərəcəsi belə verilməyib. Məsələn, Daxili İşlər Nazirliyinin hospitalında nəinki polislər, onların ata anası da oradan istifadə edə bilirlər. Ancaq bizim hərbi hospital deyir ki, get özün müalicə al”, – deyə A.Abbas etiraz edib.

O, Müdafiə Nazirliyinin hospitalının niyə bu işlə ciddi məşğul olmadığını sual edib.

“İnsanlar rayondan gəlir. YAŞAT Fondu sağ olsun hər şey edir. Niyə hərbi hospital bunları etmir? Xahiş edirəm, müdafiə naziri, arada bir özünüz hospitala gedin və orada müalicə olunun!”

Dünyanınsəsi.info