“Hərbçilərin maaş və müavinətlərinin artırılması davam etdirilir” – Zakir Həsənov

Hit İQTİSADİYYAT
Spread the love

Azərbaycanda hərbi qulluqçuların vəzifə maaşları, müavinətləri ardıcıl şəkildə artırılır.

“Report”un xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində deyib.

“Möhtərəm Prezident hərbi qulluqçuların sosial təminatının və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi prosesini sürətləndirdi. Bununla yanaşı, hərbi qulluqçuların vəzifə maaşlarının, müavinətlərinin artırılması da ardıcıl davam etdirilir”, – o vurğulayıb.