
Həkimlərimizi sizdə tanıyın- Uzman Doktor Azər Əhmədov
Uzm.Dr.Azər Saat oğlu Əhmədov 1982-ci ildə Kəlbəcər rayonu Mollabayramlı kəndində doğulmuşdur. 1999-cu ildə Kəlbəcər 10 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir. 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsində təhsil almış, 2007-2008-ci illərdə Ə. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında Pediatr ixtisası üzrə internatura keçmişdir. 2008-2012-ci illərdə Kəlbəcər RMX-da Həkim-Pediatr vəzifəsində çalışmışdır.
2009-cu ildə Türkiyə Cümhuriyyətində keçirilən STS imtahanında yüksək nəticə əldə edərək, “TIP DOKTORU” adını almışdır.
2012-2013-cü illərdə Ankara şəhərində “Özəl Veni-Vidi Xəstəxanası”nda Acil Servis Məsul Həkimi vəzifəsində çalışmışdır.

2013-2015-ci illərdə Ankara şəhərində “Özəl Koru Xəstəxanası”nda Acil Servis Məsul Həkimi vəzifəsində çalışmışdır.
2015-2019-cu illərdə Türkiyə Cümhuriyəti Gazi Universitetində Pediatr ixtisası üzrə Uzmanlıq təhsili almışdır.
Bir Elmi İşin müəllifidir. Ailəlidir, 2 övladı var. Hal-hazırda “Bakı Sağlamlıq Mərkəzi”ndə “Uşaq Mərkəzi”nin rəhbəri vəzifəsində çalışır.



Dunyaninsesi.Az