“Həcinin içində məni itirmək qorxusu var” – Şəbnəm Tovuzlu

ŞOU
Spread the love

 

Müğənni Şəbnəm Tovuzlu “X maqazin” verilişinin “Make-up” rubrikasının qonağı olub. 
Musavat.com xəbər verir ki, ifaçı Türkiyədə efirə çıxdığı libasının tənqid olunmasına münasibət bildirib: “Biz niyə beləyik? Geyimi niyə ön plana çıxarırlar? Mən kök deyiləm, 38 bədən geyinirəm. Efir insanı 10 kiloqram kök göstərir. Bu yaxınlarda İlyas Yalçıntaşla duet oxuyacağam. Vanda səhnəyə çıxacağıq. Geyim məsələsində mənə kömək edin. Özüm geyim seçəndə uğurlu olur, başqası seçəndə mübahisə düşür. Daha öz zövqümə görə geyinəcəyəm”.
İfaçı “Həci” səni heç aldadıb” sualına isə belə cavab verib: “O, məni heç vaxt aldada bilməz, Həcinin içində qorxu var ki, aman Tanrım, Şəbnəmi itirə bilərəm. Qadınlar hamısı sevilmək istəyir. Kişilər xanımlarını sevsə, onlar başqasına həsəd aparmaz”.
Könül,
Musavat.com