
Həbsdəki icra başçısı vəfat etdi
Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il azadlığdan məhrumetmə cəzasına məhkum olunmuş Ağstafa Rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev Gəncədəki 2 saylı istintaq təcridxanasında vəfat edib.
Dunyaninsesi.Az -in xəbərinə görə, Penitensiar Xidmət də sabiq icra başçısının vəfat xəbərini təsdiq edib.
Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdir.
O, rüşvət almaq, mənimsəmək və bir sıra cinayətlərdə ittiham olunurdu.