Həbsdə olan sabiq baş memar sensasyon açıqlamalar verəcək

Hit QALMAQAL
Spread the love

Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir müddət əvvəl Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs edilən yaxın qohumlarını azadlığa buraxdırmağa nail olmuşdu. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan yeganə şəxs isə Abşeronun sabiq baş memarı Akif Əliyev idi. Məhkəmənin hökmü ilə ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Legitim.az-ın A. Əliyevə yaxın olan şəxslərdən əldə etdiyi məlumata görə, o, Sumqayıt Apellyasiya Məhkəmsində keçiriləcək prosesdə danışacaq. A. Əliyevin Abşeron İcra Hakimiyyətində tikinti işlərinin kimlər tərəfindən və necə aparıldığı, özbaşına tikililərin necə idarə olunduğu barədə sensasyon məlumatlar verəcəyi ehtimal edilir.

Qeyd edək ki, Akif Əliyev rayonda baş memar kimi formal olaraq çalışıb. Bütün işlər icra başçısına yaxın olan şəxslər vasitəsi ilə həyata keçirilib. Ancaq nədənsə həbsə gedən də Akif Əliyev olub.