Həbs edilən icra başçısının hakim oğlu haqda qərar: İşlər geri alındı

Manşet ÖLKƏ
Spread the love
Dekabrın 18-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rüşvət və korrupsiya ittihamları ilə həbs edilən Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin hakim işləyən oğlundan xəbər var.
DunyaninSesi  xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub.
Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.
Nizaməddin Quliyevin digər övladı Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.
DunyaninSesi.AZ