Gürcüstan səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verib

HADİSƏ Hit
Spread the love

Gürcüstanın Azərbaycandakı Səfirliyi media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı başsağlığı verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.

“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi 4 iyun tarixində Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verir. Hadisə zamanı Azərbaycan mediasının iki üzvü və rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini həlak olublar. Azərbaycanın hər üç vətəndaşı tank əleyhinə minanın partlaması nəticəsində həlak olub. Gürcüstan Səfirliyi ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – deyə səfirliyin bəyanatında bildirilib.