Güney Azərbaycanın Xoy şəhərində daha 7 fəal həbs olundu

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

 

Azərbaycan şəhərlərində həbs edilən fəalların sayı artıb.

Noyabrın 19-da Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində həbs edilənlərdən yeddisinin şəxsiyyəti məlum olub.

Əli İsmayıllı, Cəlil İslami, Əfşar Əmuyi, Hüseyn Zare, Mətin Hacılari, Məhəmməd Babayi və Əli Tağızadə İranın güc strukturları tərəfindən saxlanılıblar.

Onların hara aparıldıqları və hansı şəraitdə saxlanıldıqları barədə məlumat verilmir.

Fəalların son günlər başqa şəhərlərlə yanaşı, Xoyda da yenidən genişlənən etiraz nümayişləri ilə bağlı həbs edildikləri güman edilir.