Günay İbrahimli ailə qurur?

Hit ŞOU
Spread the love

“Keçmiş görüntülərimə baxmıram. Səsimi də sevmirəm. Danışanda kənarda səsimi eşitməyi xoşlamıram. Televiziyada qonaq olandan sonra özümə baxmıram. Baxanda səhv tapıram. Əvvəl çox danışırdım, indi danışmıram”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Özəl” proqramında deyib. Sənətçi dostlarını tez-tez dəyişməsinin səbəbini açıqlayıb:

“Çox qalmaqala dartıblar. İstəmişəm cavab verim, amma özümü saxlamışam. Düşünürəm ki, müğənni daim dəyişməlidər. Ətrafındakı səni çox istəməlidir. Tək pul üçün olmamalıdırlar. Çalışdığım insanları dəyişirəm, çünki onlar dəyişir. 10-15 adamla çalışıram, balansda saxlayıram. Onda daha hörmətli olursan. Şəxsi videoqrafım var. Əvvəl elə olurdu ki, bir insanla 10 il işləyirdim, indi yox. Əlimin duzu yoxdur, kimisə tanıdırsan, olurlar ulduz. Bir səhvlə insanı silmirəm, şans verirəm, guya görmürəm”.

Günay aparıcı Kazım Sübhanın “İllər əvvəl dedin ki, Aygün Kazımova, Röya Ayxandan sonra mənəm” sözlərinə belə reaksiya verib:

“Bir insanın məqsədi yoxdursa, uğur qazanmaz. Bir şeyi ürəkdən istəyəndə, olacaq. Hər şeyin zamanı var. Hər zaman məqsədli olmuşam. Butik arzulayırdım, oldu. İndi arzulayıram ki, gözəl bir ailə həyatım olsun. O da olacaq. Karyeramda yaxşı yerdəyəm, biznesimi qurdum”.