
Göygöldə vətəndaşın mülkü uçuruldu – (Video)
Göygöl rayonun Üçtəpə kənd sakini mülkünün heç bir xəbərdarlıq və məhkəmə qərarı olmadan sökülməsinə etiraz edir. Mart 17–dən başlayan söküntü prosesi ilə bağlı vətəndaş Daxili İşlər nazirliyinin “102” qaynar xidmətinə də məlumat verib.
Xəyal İsayev qeyd edib ki, bu torpaq sahəsi uzun illərdir ki, onların istifadəsindədir.Amma ərazidən su kanal xətti keçdiyindən hər ay Göygöl Suvarma Sistemləri idarəsi məndən haqq alırdı.Bu ay pul vermədiyimdən Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov idarənin ekskavatoru ilə obyektimi dağıtdırdı.
Bunu Dünyanınsəsi.Az-a mülkün sahibi Xəyal İsayev bildirib. O, söküntü prosesini Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov rəhbərliyi altında baş verdiyini qeyd edərək, yaşanan mənzərəni özündə əks etdirən videogörüntüləri də redaksiyaya göndərib.
Aşağıda vətəndaşın göndərdiyi videogörüntüləri təqdim edirik.
Namiq Mustafayev