
Göygöldə əxlaqsızlıq yuvası təşkil edən şəxs saxlanılıb
Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsızlıq yuvası təşkil etməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M. Əliyev, eləcə də həmin kafedə işləyən 1 qadın və 1 müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.