Göygölrayonu YeniQızılca kəndində yaşayan Orucov Samir Surxay oğlu “DunyaninSesi.AZ” saytı vasitəsi ilə rəy üçün ondan Gəncə şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin ekspert həkimlərinin rüşvət alması ilə əlaqədar baş prokuorluğa şikyət ərizəsi göndərib.Həmin şikayət ərizəsini təqdim edirik.
Sikayət Ərizəsi.
Hörmətli cənab prokuror! Şikayət ərizəmlə sizə yazıb məlum edirəm ki,28 dekabr 2019-cu il tarixdə təxmiynən saat 19:00-20:00 radələri olardı ki, YeniQızılca kəndinin qəbristanlığına yaxın dörd yolun kənarında durmuşdum ki, Natiq, Namiq və Yolçu qardaşları üçüdə 099 markalı 51BF 680 dövlət nömrə nişanlı metalik avtomaşınla gələrək mənə çatan kimi üstümə sürərək məni vurub yolun kənarına atdılar.
Hadisə iləbağlı 30.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qaynar xətlərinə şikayət etdim. Şikayətim əsasında Göygöl RPŞ-də şikayətimə baxılaraq hadisə zamanı aldığım xəsarətlə bağlı ekspertdən keçmək üçün mənə təliqə verildi.
Mən 04.01.2020-ci il tarixdə həmin təliqə ilə gələrək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiziyasının Gəncə şəhər şöbəsinə gəldim. Ekspert həkim Zaur məni ekspertiziyadan keçirtmək üçün əvvəl 40 manat sonrada məni dərəcə verəcəm deyərək 150 manat pulumu aldı.
Hazırda ekspertin rəyi Göygöl RPŞ-nin təhqiqatçısı Fariz müəllimdədir. Rəylə tanış olanda bildim ki, Zaur həkim məni aldadaraq 190 manat alıbdır ancan mənə dərəcəsi təyin edilməyən ekspert rəyi yazıbdır. Mənim avtomaşınla vurulan zaman aldığım xəsarət ağır xəsarətdir. Ona görə ki, mən avtomaşının zərbəsindən yerə dəymişəm və gürəyim və qollarım olduqca para-paradır. Mən həkimə deyəndə ki, mənim daxilmdədə xəsarət var heç mənim dediyimi nəzərə almadan öz yanından rəy yazdı.
Həkim məndən pulu istəyəndə mən həmin 190 manat pulu sələmə götürüb gətirib vermişəm. Həkim saxta yalan rəy verdiyi üçün 16.01.2020-ci il tarixdə atam öz dostu ilə birlikdə Gəncə şəhər Ekspertiziya Şöbəsinə gələrək rəis Cavanşir həkimlə görüşüb şikayətini bildirmişdir. Cavanşir həkim siz yalan danışırsız mənim həkimlərim burda heç kimnən pul almırlar deyərək atamın üstünə qışıqırmışdır. Atamda Cavanşir həkimə sən mənim üstümə əsasız yerə qışqırıb həkimini müdafiə etmə. Həkim burdadırsa çağırın sizin yanınızda üzünə deyim.
Yarım saatdan sonra, Zaur həkim şöbəyə gəldii və Cavanşir Əliyevin otağında pulun alınmasını deyəndə boynuna aldı. Atam həkimə siz məni dərəcə vermə adı ilə aldadıb 190 manatı almısınız. Mən o pulu sələmə götürüb sizə vermişəm qaytarın aparım geri aldığım adama verim. Otaqda Cavanşir həkim və Zaur həkim atama dostunun yanında heç kişiliyinizə yaraşdırırsınız nə çox pul vermisiniz ki, indidə geri istəyirsiz. Bir çox mübahisədən sonra, günün ikinci yarsında gətirib verəcəyinə söz verdi.
Zaur həkim 16.01.2020-ci il tarixdə 190 manat pulu Gəncə şəhərində köhnə Yevlax avtovağzalı deyilən ərazidə Nərman Nərimanov parkının yaxınlığında dostunun və qohumlarımızın yanında gətirib verdi. Zaur həkim mənim atama pulu verəndə birdə bu pul barədə ora-bura şikayət etsəniz başınız ağrıyar. Sənə yazığım gəldi deyən pulu qaytardım Yoxsa mən hər yetənə pul qaytarmıram. Mən Gəncə şəhərində elə belə nəsil köhdən deyiləm ki, məni hər yetən şikayət etməklə qorxuda. Mən Fariz həkimin rüşvət almasından və sonrada hədə qorxu gəlməsi sözünə görə şikayətçiyəm.
Mən məcbur olub redaksiyaya şikayət ərizəmi verirəm mənim şikayətimi mətubat vasitəsi ilə Baş Prokurorluğa, Korrupsiya prokurorluğuna və Daxili İşlər Nnazirliyinə göndərməklə Zaur həkim və şöbənin rəisi Cavanşir həkim barəsində vəzifəsindən sui istifadə edərək məndən rüşvət aldığı üçün cinayət məsuliyyətinə cəlb edilsin.
Odur ki, son ümid yerimiz hörmətli baş redaktor sizə , cənab Prezidentimiz , cənab prokuror hörmətli cənab nazir sizlərədir.
Bizə edəcəyiniz köməkdarlığa görə əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.