“Göygöl Şərab Zavodu”nun bağ sahəsinin direktoru Nayib Məmmədov məcburi köçküni işdən qovub.
Bu haqda Dünyanınsəsi.Az-a Göygöl Şərab Zavodunun bağ sahəsində gözətçi işləyən Xudaquluyev Zahid Xudu oğlu şikayət edib.
Şikayətçi sayt vasitəsi ilə videomüraciətində ölkə başçısı cənab İlham Əliyevə səslənərək xahiş edir ki, 3 ildir ki, sözügedən şərab zavodunun bağ sahəsində gözətçi işləyir.Hal-hazırda Gəncə Dövlət Universitetində iki övladı təhsil alır.Ailəsinin sosial vəziyyəti elədə ürəkaçan deyil.Sözügedən bağ sahəsində nə az, nə çox 250 azn əməkhaqqı alır.Ölkə başçısının pandemiyanın bu ağır dönəmində özəl və digər dövlət qurumlarında çalışan işçilərin işdən çıxarılmaması barədə göstərişi olsada direktor Nayib Məmmədov buna riayət etmədiyini bildirir. Bağ sahəsinin direktoru Nayib Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Zahid Xuduyevə qarşı qurama ittihamlar təşkil etməklə onu işdən uzaqlaşdırmaq istəyir.Bağ sahəsinin gözətçisi isə bu pandemiyanın ağır dönəmində işdən çıxarılacağı təqdirdə ailə üzvülərinin dolanışığına cox ciddi təsir gösətərəcəyini bildirir.
Bunun üçündə şikayətçi vəziyyətdən çıxış yolunu ancaq ölkə başçısına müraciət etməyi seçib.Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çoxsaylı dövlət proqlramları qəbul edilməsinə baxmayaraq bu gündə “Qaçqın və məcburi köçkün” problemləri ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də daim xüsusi diqqət mərkəzindədir.Bizdə redaksiya olarq xatırlatmaq istəyirik ki, İlahm Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdi..
Azərbaycanın içkilər istehsal edən ən qədim müəssisəsi olan “Göygöl Şərab Zavodu” ASC dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
Göygöl Şərab Zavodu koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürüb.
Redaksiya olaraq “Göygöl Şərab Zavodu” ASC -nin rəhbərliyindən bu məsələyə diqqət ayrılmasını eləcədə mövqe bildirmələrini xahiş edirik.
Kəlbəcərli məcburi köçkünün prezidentə ünvanlanmış videomüraciətini təqdim edirik.