Fotodakı şəxs Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılovdur.
Əmisi M.Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər Səməd Göyçayda qəssab işləyib. Əmisinin icra başçısı təyinatından sonra isə, Səməd Göyçay Gənclər Mərkəzinin müdiri, sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib.
Səməd bir müddət əvvəl isə Göyçayda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatından oğurluq etdiyinə görə həbs edilmişdi. O, iş adamlarına məxsus “Generator su pompası” və “Taxta konstruksiya tipli ev”in oğurlamışdı. Məhkəmə 3 ay müddətinə həbs qərarı çıxarmışdı, amma Səməd azadlıqda gəzirdi. Deyilənə görə, hazırda əməllərini yenə də davam etdirir. Qəssabı icra hakimiyyətinə şöbə müdiri qoyanda belə olmalı idi. Görün, kimlərin əlində qalmışıq…