Goranboylu fermer Bələdiyyə sədrini rüşvət tələb etməkdə ittiham edir- Baş Prokurorluğa ŞİKAYƏT- VİDEO

Əsas Manşet HADİSƏ
Spread the love

Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ sənədlərə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Amma Goranboyun Dəyirmanlar bələdiyyəsinin sədri Əlvan Mövsümov isə şəxsi mənfəət əldə etmək məqsədilə torpaqları icarəyə verməkdə ittiham olunur.
Goranboy rayonun Dəyirmanlar bələdiyyəsinin sədri 15 il müddətinə icarə verdiyi örüş otlaq sahəsinə görə fermerdən rüşvət tələb edir.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayonun Faxralı kənd sakini Əhmədov Zahid Ələs oğlu tərəfindən  video-şikayət göndərilib.
Belə ki, 2020-ci il tarixdə fermer Zahid Əhmədov Dəyirmanlar bələdiyyəsinin inzibati əraziləri daxilində örüş otlaq sahəsinə aid olan ərazidən 76 ha torpaq sahəsini 15 il müddətinə icarəyə götürüb. Bu haqda icarədarın əlində torpaq sahəsinə dair qanuni təsdiq edilən sənədləri də var.
Saytımıza göndərilən video-şikayətdə fermer qeyd edir ki, 2 ildir ki, Dəyirmanlar bələdiyyəsinin sədri Əlvan Mövsümov torpaqdan istifadəyə görə ödəniş etməli olduğu kodu (hesab nömrəsi) vermir ki, müvafiq ödənişlər etsinlər.Səbəb olaraq fermer qeyd edir ki, bələdiyyə sədri ondan təkrarən tələb etdiyi rüşvəti verməməsidir.
Belə olan halda maraqlı bir sual ortaya çııxır.Əgər bələdiyyə torpaqlarının icarəyə verilməsi icarə müqaviləsi ilə rəsmiləşdirilirsə onda 2020-ci ildə bağlanmış olan müqavilə qüvvədən düşüb?
Yoxsa ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılıb?
Goranboylu fermer bələdiyyə sədri ilə aralarında yaranmış fors-major vəziyyətlə bağlı Prezident və Baş prokurorluqdan yardım istəyir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Goranboylu fermerin video-şikayətini təqdim edirik:

Dünyanınsəsi.Az