Goranboydan şəhid anası və sakinlər su deyərək fəryad qoparır-VİDEOLAR

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Ötən həftə  Prezident İlham Əliyevin yanında keçirilən su təsərrüfatının vəziyyəti ilə bağlı müşavirədə ölkə başçısı bəzi dövlət qurumlarının fəaliyyətini tənqid edib.

Neftçaladakı vətəmdaşlarımızla eyni aqibəti yaşayan Goranboy rayon sakinləri də içməlu su problemi ilə bağlı olkə başçısına müraciət ediblər.

Həmin müraciət təqdim edirik:

Hörmətli cənab prezident!

Hörmətl Mehriban xanım!

Hörmətli  cənab sədr!

Damarlarından azərbaycan qanı axan, xalqının qeydinə qalan ürəyində azərbaycanlılıq  təpəri olan  cavabdeh  azərbaycan  məmurlarına  susuzluqdan  əziyyət çəkdiyimiz üçün müraciətlər edirik.

Əgər bizə cavab verilmərsə  köməkdarlıq  edilmərsə  deməli cavabdeh məmurların damarlarından azərbaycan qanı axmayan məmurlardırlar.

Goranboy rayonu, Qurbanzadə kəndində yaşayan bir qrup yaşayışçılar  SUSUZLUQDAN  yanır…- “MƏMURLAR yezid kimi oturublar  suyun başında…”

Goranboy rayonunda “Su məmurların təsərrüfatına axıdılır, kəndinin sakinləri korona virusun tüğyan etdiyi bir vaxtda əllərini yumağa  nədə  ki ölən ölülərini yumağa bir damcı su tapmırlar.

Goranboy rayonunda “Məmurlar özlərinə  və yaxın adamlarına su artesian quyusu vurduraraq özlərinin  əkin və bağ sahələrini  suluyurlar. Ancaq  suya  ehtiyacı olan bir qrup insanlar isə susuzluqdan qırırlar.

Bununlada yerlərdə sadə insanları, dövlətdən qanunlarımızdan və prezidentimizdən narazı salırlar.

Bununla bağlı rayonun icra hakimiyyətinin başçısına və cavabdeh qrumlara şikayətlər etsəkdə şikayətimizə baxan yoxdur. Bundanda sui istifadə edən  Sub Artezian Quyuları İstismar idarəsinin müdiri və onun yaxın əsabələri öz bildikləri kimi  işlərini görürlər.

Hörmətli cənab prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli cənab sədr!

Biz kənd sakinləriini,fermerlərinin və sahibkarların ümidi Sizədir.

Biz kənd sakinlərinin su ilə təmin olunması üçün  yazdığımız ərizəmizi xüsusi nəzarətə  götürməklə  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı  ASC-nin sədri cənab Əhməd Əhmədzadəyə  və  Goranboy  rayon İcra Hakimiyyətinə  göstəriş  verməyinizi  xahiş edirik. Əvvəlcədən Sizə minnətdarlığımızı  bildiririk.     

Şəhid anasının videomüraciətini təqdim edirik:

1                  Bayramova Sabahət Zərqəm qızı.

  • Əsgərova Minayə Nəcafalı qızı.
  • Cəlilova  Nigar Novruz qızı.
  • Bayramov Ələsgər Nəcəf  oğlu.
  • Mahmudova leyli Heydar qızı.
  • Ramazanova Arifə Yaqub qızı
  • İbrahimova Vüsalə Elman qızı.
  • Əhmədova Zərniyar Hacəli qızı.
  • Məmmədova Mələksuma Musa qızı
  • Əsgərov Qüdrət Məmmədhüseyn oğlu
  • Bayramov Şahin Nəcəf  oğlu.
  • Babayeva  Bönövşə  Nağı qızı..
  • Məmmədova  Sahidə Bayram qızı
  • Bayramova Xəyalə Ələsgər  qızı.
  • Məmmədova  Xəyalə Abbasəli qızı.
  • Nəsirov Əjdər  Məmi oğlu
  • Babayeva  Xatirə  Əziz  qızı.
  • Xəlilova Larisa Xəlil qızı.
  • Bayramov Nadir  Hüseyn  oğlu.
  • Bayramov Elməddin Şahin oğlu
  • İbayev Qurban Mədət oğlu
  • Məmmədova Əsmayə  Səfər qızı.
  • Nəsirov  Vahid
  • Əhmədov  Eşqin  Əsəd  oğlu.
  • Əsgərov Qəhrəman
  • İbayeva Rəfiqə

Dünyanınsəsi.Az