Goranboyda qəzə nəticəsində dağılmış olan şəhid lövhəsi bərpa olundu – VİDEO+FOTO

Hit ÖLKƏ
Spread the love

“Dünyanınsəsi” olaraq Goranboy rayonun Xoylu -Qaradağlı kənd yolu üzərində yerləşən Vətən müharibəsi şəhidinin xatirə lövhəsi “avtoş” tərəfindən dağıdılması haqqında məlumat dərc etmişdik.
Bu haqda  saytımıza 1-ci Qarabag müahribəsinin veteranı, Goranboy ryon Qaradağlı kənd sakini İlqar İsmayılov tərəfindən şikayət daxil olmuşdur.
Şikayətçi qeyd edirdi ki, 2 gündür ki, 2-ci Vətən müharibəsinin şəhidi Fərmanov Mübariz İsrafil oğlunun xatirə lövhəsi dağıdılıb.

Həmeşə olduğu kimi DİN rəhbərliyi bu dəfə də anındaca hadisəni nəzarət altına götürüb müvafiq göstərişlər verdi.Qəza nəticəsində dağıdılmış olan şəhid lövhəsi isə  yenidən yerindəcə bərpa olundu.


Məhz buna görədə sayt olaraq bu işdə zəhməti keçən hər kəsə öz təşəkkürümüzü bildirirk.

Qarabağ veteranın çəkmiş olduğu yeni videonu təqdim edirik:


Dünyanınsəsi.Az