Goranboyda 20 ton pambıqla dolu yük avtomobili yanıb

HADİSƏ Hit
Spread the love

Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılmış ümumi çəkisi 20 ton olan pambıq bağlamalarının 7 tonu yanıb.

Bu barədə Dunyaninsesi.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Avtomobilin və pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.