
Goranboy sakinləri “Azərişıq” ASC-nin rəsmisindən Prezidentə şikayət etdi – VİDEO+FOTO
Son illərdə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini regionlarda kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir.
Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı respublikamızın inkişaf dinamikasını sürətləndirdiyi bir vaxtda nədənsə “Azərişıq” ASC-nin rəsmisi bu siyasətə zərbə vurmaqla prosesi axsadır.
Bu hada Dünyanınsəsi.Az saytına Goranboy rayonun Nizami kəndinin bir qurup sakinləri tərəfində video-şikayət göndərilib.
Şikayətçilər qeyd edirlər ki, 3 aydan çoxdur ki, pay torpalarında əkilən apra-buğda sahələrini suvara bilmirlər.
Halbuki həmin əkin sahələrinin üzərində 06/592 reper nömrəli subartezian quyusu uzun müddətdən sonra təmir olunub. Həmin quyunun 63 kvt-luq transformatoru hal-hazırda yeni qazılmış quyunun lüləsindən 50 metr aralıdr.Sadəcə olaraq Göygöl Elektrik şəbəkəsi quyunun 63 kvt-luq cəryan transformatorunun köçürlməsinə görə nə Goranboy suvarma Sistemləri İdarəsinin 24 yanvar 2023-cü il tarixli məktubunu nə də ki, kənd sakinlərinin şikayətlərini nəzərə alır.Ancaq şəbəkə rəisi Elgün Qafarov iki ayağını bir başmağa dirəyərək kənd sakinlərindən bu işə görə 1500 manat pul tələb edir.
Bu dözülməz halla barışmayan kənd sakinləri mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyev cənablarına üz tutub, onların səsləndirdiyi bu problemi aidiyyatı üzrə müvafiq orqanlara göstəriş verməsini xahiş edirlər.
Redaksiya olaraq inanırıq ki, sözügedən problemlə bağlı regionlarda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsində “Azərişıq” rəhbərliyi müvafiq adımlar atacaqdır.
Səsləndirilən iddia ilə bağlı qarşı tərəflərin də mövqeyni dərc edə bilərik.
Nizami kəndinin sakinlərinin video-şikayətlərini təqdim edirik:
Dünyanınsəsi.Az