Gömrük Komitəsinin “gürcü düşmənçiliyi”: 90 günlük qadağa mümkün olacaqmı?

Kateqoriyasız ÖLKƏ
Spread the love
Gömrük Komitəsinin “gürcü düşmənçiliyi”: 90 günlük qadağa mümkün olacaqmı?
“Vətəndaşlarımızın ölkəmizə xarici nömrəli maşınlarla daxil olarkən iddia edildiyi kimi 90 günlük icazədən sui-istifadə etməsi istiqamətində atdığı addımlar rüsumların çoxluğu və Gürcüstanda satılan avtomobillərin Azərbaycanda dəyərindən təxminən iki dəfə çox baha başa gəlməsindən qaynaqlanır”.
DunyaninSesi Sfera.az-a istinadən  açıqlamasında bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı açıqlamada ölkəyə xarici nömrə ilə maşınların daxil olub 90 gün müddətində qalmaq icazəsindən sui-istifadə edənlərin olmasını bildirməsi və bunu əsas gətirməklə həmin məsələyə nəzarəti gücləndirəcəklərini deməsinə münasibət bildirərkən nəqliyyat məsələləri üzrə ekspert Ramil Osmanov deyib:
“Fikrimcə, Gömrük Komitəsi əslində belə qadağalar qoymaq əvəzinə, avtomobil idxalı ilə bağlı gömrük rüsumlarına yenidən baxsa daha doğru olar. Avtomobil istehsalçısı olmadığımız üçün həmin məhsula yüksək gömrük rüsumunun tətbiqinə ehtiyac görmürəm. Son dövrlər kifayət qədər aktual olan məsələlərdən biri də ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək elektromobillərin ölkəyə gətirilməsi məsələsidir. Bu istiqamətdə ortaya qoyulan təkliflərə Gömrük Komitəsi adekvat münasibət göstərməli və həmin istiqamətdə müəyyən islahatlara getməlidir. Lakin təəssüf ki, komitə əks yolu seçib”.
Həmsöhbətimiz düşünür ki, Azərbaycanda yaşayan çoxsaylı Gürcüstan vətəndaşlarına münasibətdə belə bir qadağanın tətbiqi mümkün olmayacaq: “Müvafiq qanunvericilik var. Qanunvericiliyin bu müddəası dəyişərsə və yalnız Gürcüstan nömrə nişanı adı altında ölkəmizdə sürülən avtomobillərə tətbiq ediləcəksə, bu ən azından hörmətsizlik, ikili standart yanaşma olacaq. Ona görə düşünürəm ki, Gömrük Komitəsinin belə bir istəyi heç bir səmərə verməyəcək”.

DunyaninSesi.AZ