“Göknur Bakı LTD” MMC “Azərişıq” ASC-dən 17,3 milyon manat dəyərində tenderi necə udub?

Hit İQTİSADİYYAT
Spread the love

“Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.

Dünyanınsəsi.Az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Müxtəlif kabellərin satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Göknur Bakı LTD” MMC olub.“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti “Müxtəlif kabellərin satın alınması” məqəsədilə “Göknur Bakı LTD” MMC şirkətinə 1 milyon 716 min 428 manat ödəycək.

Məlumat üçün bildirək ki, “Göknur Bakı LTD” MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.
Onu da bildirək ki, Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əsas tərəfdaşı və yeganə elektik enerjisi tədarükçüsü olan “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir.

Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də “Göknur Bakı LTD” MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki,  satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının vəzifəli şəxsi ilə birbaşa qohumluğu, həmçinin təsisçilik və asılılıq münasibətləri olanlar ola bilməz.

Onu da bildirək ki, bir il əvvəl qanuni təmsilçisi “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin sabiq sədri Baba Rzayevin qardaşı Rahib Rzayev olan “Göknur Bakı LTD” MMC-nin “Azərişıq” ASC-dən 17,3 milyon manat dəyərində tender müsabiqəsini udub.

P.S. Görünən odur ki, rəsmi adı Balababa olan Baba Rzayev “Azərenerji” rəhbəri olsa da, əvvəllər rəhbərlik etdiyi “Azərişıq” ASC-yə qarmaq atmaqdan çəkinmir.Əgər belə olmasaydı, dos-doğma qardaşının adına olan  şirkət “Azərişıq”dan 1 milyon 716 min 428 manatlıq tender “qazanmazdı”.

Mənbə: /yeniavaz.com/