GDU-da ağacəkmə aksiyası baş tutub

Hit ÖLKƏ
Spread the love

Gəncədə ağacəkmə aksiyası keçirilib. Bu haqda 1 aprel tarixində GDU-ya istinadən məlumat veririk.

“Heydər Əliyev ili”nə həsr olunmuş aksiya Gəncə Dövlət Universitetinin tədris korpuslarının və Tələbə Yataqxanası binasının həyətində təşkil olunub. Universitetin rektoru Yusif Yusibov Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ali təhsil ocağında təsdiq edilən tədbirlər planı və bu istiqamətdə həyata keçirilən mühüm işlərdən danışıb.

Aksiyaya təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr qoşulublar. Burada 100 ədəd şam ağacı tingi əkilib. Yeni əkilən bitkilər suvarılıb və onlara müvafiq aqrotexniki qulluq göstərilib