Gəncənin polis nəfərini maşını vuraraq öldürüb – Ağstafada

Əsas Manşet HADİSƏ
Spread the love
Bu  gün Gəncə şəhər Baş Polis İdarəsinin post patrul xidməti əməkdaşı, polis serjantı Fərhad Abdullayev Ağstafa rayonu ərazisində xidməti tapşırıq yerinə yetirərkən dünyasını dəyişib. Mərhum polisi yolu keçmək istəyərkən yüksək sürətlə hərəkətdə olan avtomaşın vurub və o yerindəcə keçinib.
“DunyaninSesi.Az”-a bu barədə mərhumun yaxınlarından biri məlumat verib.
Mərhum polisin nəşi bu gün günorta saatlarında yaşadığı Gəncə şəhərində torpağa tapşırılıb.
Bildirilir ki, mərhum Fərhad Abdullayevi vuran avtomaşın Şəki stasionar postunun komandirinin xidməti avtomobili olub.
Faktla bağlı araşdırma başlayıb.
Allah rəhmət eləsin!