Gəncənin Abbas Səhhət adına 1 saylı xəstəxanasında “köhnə hamam, köhnə tas”dır?!

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxana İcbari Tibbi Sığortaya niyə keçə bilmir?

Qərb bölgəsinin ən böyük tibb müəssisəsi olan Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxana Tibbi Sığortaya keçdikdən sonra tibbi xidmətin keyfiyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib. Necə deyərlər, köhnə hamam,  köhnə tas.

Məlumat üçün bildirək ki, tibbi xidmətin keyfiyyətinin artırırlması məqsədi ilə Tibbi Ərazi Bölmələri (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  tərəfindən inzibati ərazi vahidləri üzrə əhalinin sayı, xidmət coğrafiyası, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, habelə həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla yeni idarəetmə qaydaları formalaşdırılıb.

Bəs əsl reallıqda vəziyyət necədir?

Redaksiyamızın apardığı kiçik araşdırma zamanı məlum oldu ki, əslində Gəncə şəhəri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan tibb personalı əvvəlki kimi vətəndaşların cibinə necə girməyin yeni yollarını axtarırlar. Artıq o yolları tapıblar da…

Məsələn,Abbas Səhhət adına 1 saylı xəstəxananın MRT-1 şöbəsində müayinəyə gələn pasiyentlərə diski öz şəxsi vəsaitləri hesabına alırlar. Xəsətəxanaya gələn sakinlər qoruyucu vasitələrin olmamasından da  gileylənirlər.Halbuki, koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq xəstələrə  nə tibbi spirt, maska nə də ki, əlcək verilir. 245 çarpayılıq xəstəxana binasında  56-sı həkim olmaqla, 370 tibb işçisi çalışmasına baxmayaraq bütün tibbi personalda öz şəxsi vəsaitləri hesabına yuxarıda qeyd etdiyimiz qoryucu vasitələri alırlar. Hazırda pensiya üçün xəsətəxanalara göndərişlə gələn xəstələr 3-5 gün müddətə stasianar müalicədə saxlanırlar.Göndərişlə gələn pasiyentlər də bütün dərman pereparatlarını öz şəxsi vəsaitləri hesabına  alırlar.Hətta, gündə 3 dəfə isti yeməklə təmin olunmalı xəstələr verilən yeməyin keyfiyyətsizliyindən də şikayətlənirlər.

Abbas Səhhət adına 1 saylı xəstəxananın nəzdində olan doğuş şöbəsi və perental mərkəzlə birləşdirilib Nazim Əhmədovun tabeçiliyinə verilsədə  “doğuş” yenə də pulsuz başa gəlmir.Təbii və qeysəriyyə üsulu ilə doğuşa görə vətəndaşlar 500-1000 manat arsında pul ödəməsə, ya ölməli, ya da ki girov saxlanılmalıdır.

Ana daim narahat bir ömür yaşayır. Körpəsinin ilk  tərbiyəsini beşikdən başlayır. Ona Vətən, Torpaq sevgisini laylalarında, bayatılarında aşılayır, qız övladının ana, oğul övladının böyüyəndə əsgər olmasını  Allahdan arzulayır.Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.Bəs doğum evlərini birləşdirib Vətənimizin müdafiəsinə bu cür aslanları böyüdən Analar niyə Nazim Əhmədov tərəfindən soyulur? Hara baxır hüquq-mühavizə orqanları? Niyə bu şəxs qandallanmır?

Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır. Amma görünən odur ki,əksər hallarda bu yalnız kağız üzərində belədir…Bu gedişatla azərbaycansayağı tibbi xidmət hələ uzun müddət davam edəcək…

Yuxarıda qeyd etdiyimiz nöqsanlarla bağlı Abbas Səhət adına 1 saylı xəsətəxananın baş həkimi Nurlan Rüstəmovanın da mövqeyini dərc edə bilərik.

Taryel İbrahimli,
Dünyanınsəsi.Az