38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd “Tərəqqi medal”lı tanınmış jurnalist,ictimai xadim Sevil Yusifova seçiciləri ilə görüşlərini davam etdirir.
Sevil Yusifova təbliğat-təşviqat kampaniyası çərçivəsində bu dəfəki geniştərkibli görüşünü 31 yanvar saat 15:00-da M.Gəncəvi adına Mədəniyyət Mərkəzində keçirəcək.
Sevil Yusifovanın Seçki platformasını təqdim edirik:
• Gəncədə yeni islahatlara uyğun yeni model millət vəkili imicini formalaşdıraraq və hər evin qapısını açaraq sizin gerçək vəkiliniz olacam.
Daimi qərargahımın işçiləri seçicilərlə üzbəüz görüşəcək. Qanunların sizə verdiyi bütün hüquqlardan yaralanmaq üçün sizinlə daim münasibət saxlayacağıq.
Söz verirəm, indiyə kimi çalışmış deputatlardan görmədiyiniz qayğı və diqqəti məndən görəcəksiniz.
Mən sizin gerçək dostunuz, sirdaşınız olacam!
Millət vəkili seçildiyim təqdirdə yeni idarəetmənin tətbiqinə çalışacağam. Sizinlə birlikdə maneələri yolumuzdan qaldıracağıq.
Gəncəlilərin müraciətlərinə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həllini tapması istiqamətində əməli işlərin görülməsi üçün ictimai nəzarəti artıracağıq.
•Ağsaqqalların, ziyalıların və dövlət və qeyri-dövlət qurumların əməkdaşlarının iştirakı ilə Şura yaradacağıq.
Bələdiyyələrin və s. qurumların maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə çalışacağıq.
• İnsan kapitalın inkişafına töhfə verəcək qanun bazasının hazırlanması istiqamətində işlər görəcəyik.
Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması, onların müxtəlif ölkələrdə ixtisasartırmaya cəlb edilməsi işlərinin aparılmasına dəstək verəcəyik.
Adiyyatı qurumların dəstəyilə pulsuz peşə kurslarının təşkilinə nail olacağıq.
Gəncədə fəaliyyət göstərən elm adamlarının, mütəxəssislərin iştirakı ilə şəhərin sosial-iqtisadi inkişaf proqramını hazırlayacağıq.
• Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsini gündəmə gətirəcəyəm.
• Orta və kiçik biznesin , o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların qəbul edilməsi üçün addımlar atacam.
Regionda sahibkarlığın inkişafı məqsədilə güzəştli kreditlərin artırılması üçün tənzimləyici hüquqi normaların işlənib hazırlanmasında fəallıq göstərəcəyəm.
Xalqın mənafeyinə xidmət edən qanun layihələrinin Parlamentin müzakirəsinə çıxardılması üçün lobbiçilik işlərini aparacağam.
• Xarici sərmayənin bölgəyə cəlb edilməsi məqsədi ilə yeni layihə təklifləri irəli sürəcəyəm.
Neft gəlirlərinin bir hissəsinin investisiyalar şəklində bölgəyə yönəldilməsi üzrə təkliflər işlənib hazırlayacağam.
Dövlət büdcəsindən Gəncəyə subsidiyaların artırılması ilə bağlı adiyyat qurumlar qarşısında çıxış edəcəm.
• Ölkəmizdə fəaliyyət göstərən biznes strukturlarının sponsorluğu ilə “Gəncənin İnkişafına Yardım Fondu”nun yaradılmasına çalışacağam.
• Beynəlxalq təşkilatların maliyyə yardımlarının Gəncəyə cəlb edilmsəinə nail olmaq üçün səylə işləyəcəm.
Yerli və xarici donorların maliyyəsilə sosial layihələri gerçəkləşdirəcəyik.
Şəhərin infrastrukturun yenilənməsi məsələsinin adiyyatı qurumlar qarşısında qaldırılması;
Şəhərin yollarının təmiri, yeni yolların salınması və s. ilə bağlı məsələlərin icra orqanları qarşısında qaldırılması;
•Əhalinin içməli suya olan ehtiyacını ödəmək məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq və su kəmərlərinin çəkilməsinə müvafiq qaydada köməklik göstərmək;
•Gəncədə “ ağıllı şəhər” layihəsini tətbiq etmək;
Şəhərin böyük yaşayış massivlərində yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılmasına müvafiq qurumların cəlb etmək.
Sakinlərin sağlamlığını qorumaq məqsədi ilə böyük yaşayış massivlərində idman komplekslərinin quraşdırılmasına nail olmaq.
Uşaq əyləncə parklarının qurulmasına nail olmaq;
Turizm sahələrinin inkişafına yardım etmək;
Vətəndaşların rifah halının yüksəldilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklərin edilməsi üçün lobbiçilik işlərini aparacağam.
Təqaüdlərin məbləğininin artırılması təklifinin irəli sürəcəm;
Fəaliyyətim müddətində uçaq pullarının bərpası üçün bütün səyim və gücümlə çalışacağam;
• Toplu daşımaçılıqda məktəblilər, tələbələr və təqaüdçülər üçün imtiyazlı nəqliyyat kartlarının verilməsi təklifini irəli sürəcəyəm;
• Aztəminatlı ailələrin və əlillərin sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılmasına çalışacağam
• Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi məqsədilə onlarla mütəmadi görüşlər keçirəcəyəm;
İpoteka kreditləri üzrə şərtlərin regiondakı gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla gəncəli gənclərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində addımlar atacağam.
• Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldıracağam.
• Gənclərin işlə təmin olunmasına köməklik göstərilməsi üçün xüsusi proqram hazırlayacağam. • Qadınların biznesə cəlb edilməsi üçün (qonşu dövlətlərin tərcübəsi) onlara dövlət tərəfindən yardım edilməsi, xüsusi imtiyazların verilməsi üçün Dövlət proqramının hazırlanması təklifini irəli sürəcəm və bu təklifin gerçəkləşməsinə çalışacağam.
• Gənclərin yeni klublar və təşkilatlar yaratmasına təşviq edəcəyəm,
• İstedadlı və savadlı gənclərin dövlətin hesabına ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları üçün səylərimi artıracam.
İnkişaf etmiş və qonşu dövlətlərdə tətbiq edilən uğurlu layihələrin ölkəmizə daşımasına çalışacam.
Bəzi dövlətlərin təcrübələrindən çıxış edərək müəllimlər üçün imtiyazların artırılması məsələsini qanunvericiliklə təsbit olunmasına nail olmaq üçün lobbiçilik işlərini quracağam.
• Gəncədə beynəlxalq təcrübələrə əsaslanan ali və orta ixtisas məktəblərinin qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldıracam.
• Gəncə ərazisində bir neçə nümunəvi tələbə yataqxanasının yaradılması təklifinin müvafiq orqanlara təqdim edəcəm.
• Təhsil işçilərinin əmək haqqlarının polislərin aylıq əmək haqqı səviyyəsinə çatdırılması məsələsi ilə çıxış edəcəm;
• Təhsil ocaqlarında informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərinin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması və müvafiq qurumların köməkliyi ilə reallaşdırılmasına çalışacam.
•Elektron kitabxanaların yaradılmasın və köhnə kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün adiyyatı orqanlar qarşısında tələb qoyacam.
Səhiyyənin inkişafına nail olmaq üçün Avropanın qabaqcıl dövlətlərinin tərcübələrinin öyrənilib, ölkəmizdə tətbiq edilməsi üçün səylərimi artıracam.
Gəncənin dövlət xəstəxanalarının müasür avadanlıqlarla təmin edilməsi, yüksək standartlara cavab verməsi üçün adiyyatı orqanlara təkliflər göndrəcəm.
Mədəniyyət mərkəzlərinin, klubların müasirləşdirilməsi məsələsini icra orqanları qarşısında qaldıracağam.
• Gəncənin ədəbi – mədəni irsi və digər önəmli istiqamətlərdə kitabların nəşr edilməsi üçün adiyyat orqanlara təkliflər verəcəyəm.
• Gəncənin mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənməsinə dəstək göstərəcəm.
Gənc alimlərin, şairlərin, yazıçıların, jurnalistlərin kitablarının dərci üçün onlara dəstək göstərəcəyəm.
Gəncədən olan ziyalılar, tarixi şəxsiyyətlər, məşhur nəsillər haqqında kitabların nəşr edilməsinə dəstək göstərəcəm.
Azərbaycan Demokratik Cumhuriyyətin qurucuları barədə kitabların yazılması, sənədli filmlərin hazırlanması üçün müsabiqələrin təşkili üçün səy göstərəcəyəm.
QARABAĞIN haqq səsinin dünyaya çatdırılmasında səylərimizi birləşdirəcəyik.
Erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağı və ətraf 7 rayonun düşmən işğalından azad edilməsi üçün sizlərlə birlikdə əzmlə çalışacağam. Haqq işimizi sona kimi davam etdirmək məqsədilə sizinlə əl-ələ verib mübarizə aparacağam.