Gəncəli xanım Nizami Qocayevdən Ombudsmana şikayət etdi-Ərizə

Əsas Manşet HADİSƏ
Spread the love
                                ƏRİZƏ
 
  Hörmətli  Səbinə xanım!
Ana olaraq mənim  dərdimi tez anlayarsınız!   Gəncə  Regional  İcra  idarəsinin  rəisi  Nizami Qocayev məni öz iş otağında  başıma-başıma  döyərək  az yaşlı uşağımı əlimdən alıb zorla sabiq  həyat  yoldaşıma verdi.
      Yazıb məlum edirəm ki,  sabiq  ərim Hüseynov Nəsimi  Hidayət  oğlu  ilə  mənim  aramda,  nigahımız ləğv olunduqdan sonra, iki az yaşlı uşaqların mənim  mənim yanımda qalmaları  üçün  qanuni qüvəyə minmiş  hər üç məhkəmələrin qətnamələri var. Həmin qətnamə  Azərbaycan Respublikası Ali Məhkəməsi  tərəfindən tanınmış və icraya qəbul edilmişdir.  Sabiq  ərimin  nə vaxtsa yenidən iki az yalı uşaqların məndən tələb etməsi ilə bağlı məhkəməyə müraciət  edə bilməz.
     Bu barədə  Azərbaycan Respublikası Ali Məhkəçməsinin  bu iş barədə qərardadı var. Azərbaycan Respublikasının  Ali Məhkəməsinin  və Şirvan Apellyasiya Məhkəməsinin  qətnamələrin surətini  ərizəmə əlavə  edirəm.
    Azərbaycan  Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il 3 N-li qərarını və  Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinin 261.0.2-ci və 261.0.3-cü maddələrini  nəzərə alınaraq  iş üzrə icraata  xitam verilmişdir.
Sabiq  ərim  Gəncə  Regional  İcra  idarəsinin  rəisi, müavini  ilə maddi maraq naminə əlbir olaraq  məni hədələyərək iki az yaşlı uşaqlarımı  əlimdən alıblar.  Hazırda mən uşaqlarımı tələb etdikdə az yaşlı qızımı özümə qaytardılar.  Ancaq  oğlumu qaytarıb özümə vermədilər.
Mən oğlumu  tələb etdikdə sabiq ərim icra rəisinə müavininə arxalanarq  məni söyüb təhqir  edərək  hədələyir.  Mən sabiq ərim tərəfindən hədələndiyim və uşağımı tələb etdiyim üçün Sizə və cənab prezidentimizə müraciət etdim ki, Kürdəmir rayon Polis Şöbəsinə göstəriş verilsin ki, mənim Kürdəmir rayonuna  uşağımın dalınca  gələndə təhlükəsizliyimi təmin etsinlər.
       Mən uşağımla  görüşüb  onların əlindən alaraq  özümlə  gətirim. Ancaq  mənim şikayət  ərizəmə Kürdəmir RPŞ-nin müavini  Cahid  Ələsgərov   nə  oğlumla  görüşüb, nədə ki,  məni qəbul   edib. Öz yanından  stol arxasındaca  məni  qəbul etmədən bir tərəfli olaraq  sabiq  ərimin tərəfini saxlayaraq  onun maraqları naminə  cavab yazıb mənə göndəribdir. Mən Cahid  Ələsgərovun cavab məktubu ilə razı deyiləm xahiş edirəm mənim ərizəmi Siz xüsusi nəzarətə götürüb Kürdəmir RPŞ-nə  göstəriş verəsiniz  ki, mənim təhlükəsizliyimi təmin edərək mənimlə uşağımın görüşməyimi təmin etsinlər.   
       Mənim   əlimdən hədə qorxu ilə   uşağımı alanlar    Gəncə Regional İcra idarəsinin rəisi Nizami Qocayevdən,  və   müavini  Ələmdar müəllimdir  ki, onlarda  məni  idarədə  qəbul edərkən   Nizami  Qocayev  məni otağında  başıma-başıma döyərək söyüb təhqir etdi.
Mən Nizami Qocayevin əlindən   zorla  çıxıb  çölə qaçdıqdan sonra. dərhal DİN-n 102 xidmətinə zəng edib şikayət etdim.
      Hadisə yerinə  Gəncə şəhər Nizami RPİ-nin əməliyyat qrupası  gəldi və döyülməyim barədə təhqiqat orqanında  araşdırma  aparılsda  təhqiqat orqanı işi bir tərfli araşdırmaqla Nizami Qocayevi müdafiə etdilər.  Ona görə ki, Nizami Qocayev  əvvəllər  DİO-da  çalışıb və hər dəfədə mənə bildirirdi ki, mənim kəsdiyim başa sorğu sual yoxdur.  Ona görə ki, polis orqanlarında işləyən əməkdaşlar hamısı əvvəllər  mənim kadrlarım olubdurlar. Onlara  mən  nə desəmdə onlar  mənim göstərişimi  həyatta keçirəcəkdirlər.
      Onunda  bir  şahidiyəm ki,mənim yanımda  öz iş otağından telefonla Kürdəmir RPŞ-nə  və məhkəməsini    yığaraq  onlarla danışıb mənim ora  uşaq  dalınca  gələndə  tutub içəri  qoyarsınız  tapşırığını verdi. İndi də  görürəm ki, Nizami Qocayevin  əli  o qədər  uzundur  ki,  hər bir yerə  tapşıraraq  mənim  uşağımı  almağa imkan verməyəcəkdir.
      Son ümüd yerim Sizə cənab Prezidentimizə və Mehriban xanımadır. Sizlərdən xahiş edirəm   tənha  anaya  köməklik edəsiniz  Gəncə Regional İcra idarəsinin rəisi Nizami Qocayev  məni döydüyünə   görə və məcbur əlimdən uşağımı alıb sabiq  ərimə  veridyinə  üçün  barəsinndə  ciddi  araşdırma  aparılmasına    göstəriş verəsiniz.
Mənə edəcəyiniz köməkliyə görə sizə dərin minnətdarlığımı bildirirəm.
                                   Hörmətlə, Hüseynova Zərqələm Təyyar  qızı