Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var – YENİLƏNİB

HADİSƏ Manşet
Spread the love

Gəncə şəhərində baş verən yol qəzasında yaralananların adları məlum olub. 
“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Abbasovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.
Digər yaralı, 1988-ci il təvəllüdlü Səbuhi Akif oğlu Həsənov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
***
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza Gəncə şəhər Şahsevənlər küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1 nəfər kişi hadisə yerində ölüb. Daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.