Gəncədə  “yaşıl soyqrım”a göz yumulur- (Video+Foto)

Əsas Manşet ÖLKƏ
Spread the love
Bu gün Azərbaycanda yaşıllıqların qorunmasına niyə normal diqqət ayrılmır?
Dəfələrlə prezident İlham Əliyev keçirdiyi müşavirə və toplantılarda ölkəmizin mövcud ekoloji vəziyyətindən danışıb və ekoloji tarzlığın qorunması üçün xüsusi tapşırıqlar verib.Amma,nədənsə aidiyyatı qurumlar öz vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmir,hətta ciddi sui-istifadə hallarına yol verirlər.
DunyaninSesi.Az  Gəncədə ağaclara “yaşıl  soyqrım” edilməsini özündə əks etdirən  video və fotofaktlar əldə edib.
Hadisə Gəncə şəhəri, Bağbanlar qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər internat tipli xarici dillər təmayüllü Gimnaziyanın  ərazisində baş verib.Əməkdaşımız hadisə yerində baş verən bu cinayət hadisəsini anbaan foto və videoçəklişlərini qeydə almışdır.
Araşdırma zamanı məlum olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razlığı olmadan sözügedən məktəbin  1 ha ərazisində köküstü yaş halda 40 ədəd çoxillik  Eldar şamı, Çinar və digər növ ağacların tikinti aparan podaratçı şirkət  tərəfindən  qanunsuz  məhv edilmişdir.Təqdim etdiyimiz fotokadrlarda kəsilmiş ağacları  “kamaz”markalı 21 BX 542 dövlət qeydiyyat nişanlı yük maşını daşıyır.Sürücü və təşkilatçı kəsilmiş ağacları gizlətmək üçün ağacların  üzərinə torpaq töküb apararkən Gəncə Baş polis idarəsinin ərazidə xidmət keçən post patrul xidməti tərəfindən saxlanılaraq Nizami rayon polis bölməsinə aparılıb..
Yeri gəlmişkən, Gəncədə ağacların qanunsuz kəsilməsi və köçürülməsi məsələsi ilk dəfə deyil. Xüsusi ilə sabiq icra başçısı Elmar Vəliyevin dönəmində  şəhərin  müxtəlif ərazilərində analoji özbaşınalıqlar qeydə alınıb.Bir çox ərazidə yaşılıqların məhvi varlı şəxslərin özlərinə biznes obyektləri və evlərin tikilməsinə  şərait yaradıb.Əldə etdiyimiz məlumata görə sözügedən ərazi 2 saylı tam orta məktəbin yeni binası üçün nəzərdə tutulub.İnanırıq ki, yeni icra başçısı Niyazi Bayramov məsələdən halidir,başçı şəhər Ekologiya idarəsi ilə  birlikdə yaşıllıq zonalarının maksimum qorunmasına çalışacaqlar.
Redaksiya olaraq xəbərdə yer alan qurum və təşkilatların mövqeyini öyrənib dərc etməyə calışacağıq.
Mövzu diqqətimizdədir.