Gəncədə vətəndaşlarla görüş keçirilib

HADİSƏ Hit
Spread the love

Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlarla görüş təşkil edilib. Bu haqda məlumatı quruma istinadən iyunun 11-i veririk.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Gəncə şəhəri və Samux rayonundan olan vətəndaşları qəbul edib.

Tədbir zamanı vətəndaşlar pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardım, eləcə də sosial sığorta və fərdi uçotla bağlı müraciət ediblər.

Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.