Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir – Video

Əsas Manşet HADİSƏ
Spread the love

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində dəfn mərasimi keçirilir.

“Yeni Sabah” xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfn mərasimi başlayıb.
Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.
Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.
S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.