Gəncədə parkda kişi bıçaqlandı

HADİSƏ Hit
Spread the love

Gəncə şəhərində kişi bıçaqlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən parkların birində qeydə alınıb.

Hadisə şəxsi münasibət zəminində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə Ağstafa rayon sakini 1992-ci il təvəllüdlü Orxan Nağıyevin sol qolunun kəsilmiş-deşilmiş yarası xəsarəti alması ilə bağlı məlumat daxil olub:

“Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Səbuhi Qasımov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət