Gəncədə koronavirusla mübarizdə həyacan təbili çalınır – FOTO

Əsas Manşet HADİSƏ
Spread the love

“Gəncə sakinlərinin ümidləri ancaq Allaha qalıb”

Bu gün COVİD-19 pandemiyası dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da insanların sosial-iqtisadi həyatına və ictimai-siyasi fəaliyyətinə ciddi mənfi təsirlər yaradıb. Hazırda ölkənin biznes-iqtisadi və ictimai həyatında durğunluq yaranıb, iş yerləri bağlanıb və vətəndaşların sərbəst hərəkət imkanları məhdudlaşıb. Koronovirusa yoluxma hallarının rəsmi statistikası göstərir ki, ölkəmiz pandemiyanın yayılmasına görə son 3 ay ərzində ən ağır dönəmini yaşayır.Son günlər sərtləşdirilmiş karantin rejimi və əhalinin sağlamlığını qorumaq məqsədi ilə ölkə büdcəsindən milyonlarla vəsait xərclənir. Azərbaycan Respublikasında koronavirus pandemiyası (COVID-19) ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində, koronavirusla mübarizəyə ayrılmış tibb müəssisələridən biri də Gəncədə  Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasıdır.Sözügedən xəstəxana mərkəz kimi fəaliyyət göstərsədə koronavirusla mübarizədə Kompüter Tomoqrafiyası müayinəsini edə  bilmir.Çünki xəstəxanada  sözügedən avadanlığın təmirə ehtiyacı var.

Beləki, bu tibbi avadanlığın sayəsində  xəsətəliyin  gedişatı ilə bağlı mütəxəssis  vaxtında lazımı qərarlar çıxara bilər.Bu avadanllıq KT-bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.Əfsuslar olsun ki,Gəncə kimi şəhərin COVİD-19 -la müayinədə əsas mərkəz kimi əhaliyə ayrılmış olan xəstəxanada Kompüter Tomoqrafiyası problemini aradan qaldırmağa heç kim maraqlı deyil. Məhz buna görə də insanlar şəhərdə fəaliyyət göstərən özəl kilinkalara üz tutmalı olurlar.Əhalinin bu kasıb dönəmində məcburiyyət qarşısında qalıb xəsətə sahibləri KT müayinəsinə 170 azn pul ödəməli olurlar.Amma Koronavirusla mübarizədə bəzi dövlət qurumları var ki, sözügedən problemdən xəbərləri olsada ancaq  bu problemi həll etmirlər.Hər gün onlarla xəstə sahibləri bu problemlə bağlı Gəncə  Səhiyyə idarəsinə üz tutmalı olurlar.İdarədən şikayətçilərə deyirlər ki, həmin tibbi avadanlığın təmirinə 30.000 manatı hardan tapıb verək? Belə çıxır ki, həqiqətən də Gəncə sakinlərinin ümüidləri anacaq Allaha qalıb.

Taryel İbrahimli,

Dünyanınsəsi.Az