Gəncədə gənc qadın boğazından bıçaqlanaraq öldürülüb

Hit QALMAQAL
Spread the love

Gəncə şəhərində qadın boğazından bıçaqlanaraq öldürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, gənc qadın boğaz nahiyəsindən bir bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Qadının şəxsiyyəti və hadisənin təfərrüatı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.