Gəncədə düşmənin son raket zərbəsi nəticəsində 13 nəfər öldü – ikisi uşaq!!! (RƏSMİ)

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

“Ermənistanın Gəncəyə raket hücumları nəticəsində 40 mülki şəxs yaralanıb, 13 mülki şəxs həlak olub. Ölənlər arasında 2 uşaq var. Xilasetmə, təcili yardım işləri davam edir. Ermənistanın terroru və müharibə cinayətləri davam edir”.

Dünyanınsəsi.info  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Azərbaycan dövlətinin təmsilçisi Hikmət Hacıyev bəyan edib ki, raket atəşi Ermənistan ərazisindən edilib və bu, fakt olaraq təsbit olunub.

Mingəçevirə atılan raketlər isə göydə vurularaq, neytrallaşdırılıb.