Gəncədə dövlətlərarası şəbəkə niyə ifşa edilmir? Ekstremist qruplara çatdırılan milyonlar…

Kateqoriyasız
Spread the love

Bu gün Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edilib.
Məhz buna görə də mərkəzi bank böyük miqdarda ehtiyat satmaqla və ya faiz dərəcələrini artırmaqla yerli valyutanın məzənnəsini qorumaqda çətinlik çəkir.Nəticədə valyuta böhranı baş verir.Bu cür böhrana səbəb isə kriptovalyuta bazarına böyük həcmdə pulların axdığını qeyd edə bilərik.Olkəmizin iqtisadi qüdrətini zəiflədən dövlətlərarası şəbəkələrdən biri də Gəncə şəhəri ərazidsində fəaliyyət göstərlidiyi qeyd olunur.
Bu haqda Dünyanınsəsi.Az saytına adının çəkilməsini istəməyən Şəhər sakinləri tərəfindən çoxsaylı məlumatlar daxil olub.
Məlumatlı mənbənin sözlərinə görə vətəndaşlar işbazların yağlı dilinə uyaraq mal-mülklərini sataraq ya da ki, banklardan kredit götürməklə bitkoin başda olmaqla bütün kriptovalyutaların alverlərinə cəlb ediliblər.
Onlar ölkəmizin milli valyutasını xarici valyutaya dəyişməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə müxtəlif valyutalarda xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyəti ilə məşğul olurlar.
Milyonlarla dövriyyəsi olan qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə dövlət qeydiyyatından kənar Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında dövlət təhlükəsizliyinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da ola bilər.
Qeyd edək ki, kölgə iqtisadiyyatının imkanlarından istifadə edən casusların və terrorçu birləşmələrin maliyyələşdirilməsi, korrupsiya cinayətlərindən əldə edilən gəlirlərin xaricə çıxarılaraq leqallaşdırılmasına qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə 206-1-ci maddə əlavə edilib, istintaqının İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində aparılacağı müəyyən edilib.
Məlumat üçn onu da qeyd edək ki,bu İŞİN UZMANI HAMZA ÖZKAN CIBIRDİR.Onun Gəncə ofisinin nümayəndəsi isə Vüqar adlı şəxs olduğu bildirlir.

Redaksiya olaraq inanırıq ki, hūquqi mūhafizə orqanlarının  rəhbərliyi bu cür qaranlıq fəaliyyətlə məşğul olan şəbəkələrə qarşı ciddi tədbirlər görüləcəyi istiqamətində qanunamüvafiq addımlar atacaqdır..

Dünyanınsəsi.Az